Necə lider kimi rəğbət qazana bilərsiniz?

Siz heç idarə etdiyiniz kollektiv içində nə qədər nüfuza sahib olduğunuzu düşündünüzmü. ? Ya da bu nüfuzu nə üçün qazandığınızı heç fikirləşmisinizmi. ? Heç insanlar mənə sahib olduğum vəzifəyə görə hörmət edir şəklində ruh düşgünlüyünə qapılmısınızmı. ?

Bəzi insanlar adlarının önündəki ünvanları yalnız ona daha çox insan hörmət etsin, nüfuzu yüksəlsin deyə əldə etməyə çalışır. Amma, əlbəttə ki, bu səhv bir düşüncədir. Əgər rəğbət məcburiyyətdən ortaya çıxacaqsa, bu şəkildə qazanılan rəğbət gərəkli deyil. Bir sözlə məcburiyyətdən dolayı ortaya çıxan rəğbət ən yaxşı fürsətdə sizi yarı yolda qoyacaqdır. Sizə ünvanınızdan aslı olaraq hörmət göstərən insanlar bacardıqca bundan yayınmağa, sizə minumum dərəcədə xidmət etməyə başlayacaqlar. Unutmayın ki, ağıllı insanlar rəğbəti zəkalarını işlədərək qazanmışdır. Əgər siz də həqiqi rəğbətə sahib olmaq, nufuzunuzun unvanınızın böyüklüyünə görə müəyyən edilməməsini istəyirsinizsə izləmiş olacağınız üç başlıca yol vardır.

İçinizə bağlılığınızı ortaya qoymağa çalışın. Bu zaman insanlar sizə rəğbət duyaraq sizi izləməyə, sizi örnək olaraq seçməyə başlayacaqlar.

Güvəndiyiniz insanlara bunu hiss etdirməkdən çəkinməyin. Yüksək vəzifələrə sahib insanlar əksər hallarda öz güvənlərini hiss etdirməzlər. Amma, insanların buna etiyacı olduğunu unutmamalıyıq. Siz müdürünüzə güvəndiyinizi ortaya qoymaq üçün, ona  göstərmək üçün nə şəkildə mübarizə aparırsınızsa, işçilərinizə də qarşıeyni mövqeyi tutmağa çalışın.

Kollektivinizlə yaxınlıq etməyə çalışın. Siz işçiləriniz üçün onların gündəlik vəzifələrini müəyyən edən, tapşırıqlarını verib sonra öz otağında saatlarla vaxt keçirən biri deyil, davamlı olaraq işçiləri ilə münasibətdə olan biri olmağa çaışmalısınız. Siz onlara diqqət yetirərək, çətinliklərini müəyyən edərək daha çox rəğbət görə bilərsiniz. 

Red Hate şirkətində ilk iş günümə başlayarkən qarşılaşdıqlarım məni xeyli təəccübləndirdi. Öz sahəsində xeyli təcrübəyə sahib olan şirkətdə mənim ilk iş günüm idi. Artıq ilk saatlardan işimdəki təcrübəsizliyimi və bir sıra məlumatlardan xəbərdar olmadığımı hiss edirdim. Öz özlüyümdə düşünürdüm. Görəsən mən bilmədiyimi etiraf etməliyəm, yoxsa yox. Çünki, mən kollektivə işimdə nəyisə bilməməyimi etiraf etməyimin məni nüfuzdan salacağını zənn edirdim. Amma, gözlədiyimin əksi oldu. İşçilərim mənim bəzi zəyif yönlərimi etiraf etməyimi gördükdən sonra mənə daha da güvənməyə başladıqlarını hiss etdim. Mən sonrakı zamanlarda bilmədiklərim məsələlərdə onlardan kömək alır, əmin olduğum məsələlərdə irəli sürdüyüm fikirlərimə onların get-gedə daha da rəğbət göstərdiklərini görürdüm.

Bilmədiyimizi etiraf etmək sağlam güvən divarının təməllərini atmaqdır. Amma, bunun qədər önəmli olan digər bir məsələ də, bildiklərini gizləməmək və bildiklərindən dolayı özünü üstün saymamaqdır. Yəni, bacardıqca təvazökarlıqdan qaçmaq lazımdır.

Red Hate kollektivində ən çox mənfi xüsusiyyət olaraq dəyərləndirilən şey, bir şey barəsində fikri ortaya ataraq daha sonra rəyləri cavabsız qoymaq idi. Əgər sən bunu edirsənsə kollektivə böyük hörmətsizlik etmiş olurdun. Amma, eyni zamanda fikirləri cavablandırmaq məcburiyyətidə yox idi. Sadəcə olaraq bir qədər diqqətli olmaq, olduğun kimi davranmaq lazım idi. Siz eyni zamanda hər bir məsələlərə diqqət yetirən, bütün problemlərlə maraqlanan, mərkəzdə yer alan insan mövqeyi də tutmamalısınız. Əks təqdirdə inanlar bunu düşüncələrinin bir kənarına qeyd edəcək və buna görə sizə qiymət biçəcəklər. Əksinə siz, düşüncəli və məntiqli şəkildə davranaraq fərqlilik yaradacaq şəkildə məsələlərin həllinə yönələcəyiniz təqdirdə daha çox hörmət qazanacaqsınız.

Heç birimizə sirr deyil ki, yeni kollektivdə güvəni yaratmaq asan və tez bir zamanda əldə edilən bir nəaliyyət deyil. Bunu əldə etmək üçün bəzən qurban verəcək, bəzən yanlış anlaşılacaqsınız. Yəni, bir sözlə sizin etibar qazanmağınız bir qədər zaman istəyəcəkdir. Əlbəttə ki bu mərhələ heç kim üçün asan deyildir və sizin bu zamanı daha da qısaltmağınız üçün baş vura biləcəyiniz yollar isə, açağıdakı kimi sıralana bilər.

“Müdir bu şəkildə əmir etdi” şəklində açıqlamalarla yuxarı vəzifəlilərə bağlılığınızı ifadə etməkdən çəkinin.

İşində bacarıqlı olanları hər kəsin qarşısında qiymətləndirməkdən çəkinməyin.

İşçilərinizin sizə ünvanınızdan, yoxsa nüfuzunuzdan dolayı rəğbət göstərdiyini müəyyən etməyə çalışın.

Hər kəsin hədəflərə birlikdə qatılması üçün yeni fikirlər ortaya atmalarını istəyin. Təbii ki, bu fikirlərin hər biri yaxşı ola bilməz. Siz ən yaxşı olanını seçin amma, digərlərinə də geri bildirim göndərərək diqqət kənarında qoymadığınızı hiss etdirin.

İşini yaxşı bacaran işçinizi fərqli və yadda qalacaq hədiyyə ilə mükafatlandırın. Bu onun  işini xatırladacaq hər hansı bir hədiyyə olmaya bilər. Siz bunu etməklə bir qədər işin kənarına çıxaraq kollektivinizdə gərgin mühiti ortadan qaldıra bilərsiniz. 


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları