Nəsildən nəsilə keçən şirkət idarəçiliyi

Qız. Mən səhvə yol vermişəm ata.

Ata. Niyə elə fikirləşirsən ki ?

Qız. Sən mənə işimin müdiri olmağı təklif etdin. Amma, mən bu təklifə yox deməklə çox şey itirdiyimi düşünürəm.

Ata. Nə oldu ki, birdən birə bu fikrə gəldin. Sən ki öz qərarında qəti idin.

Qız. Keçən gün iki şirktin toplantısını izlədim. Gənc liderlərin güvən dolu çıxışlarını gördüm və mən doğru olanı anladım.

Ata. Afərin. O doğru olduğun şey nədir. ? De görüm səni fikrindən daşındıran qüvvə nə olub. ?

Qız. Onlardan biri atasının, digəri isə babasının qurduğu şirkəti idarə edirdi. Amma, heç biri “bu şirkəti biz qurduq, bizim uğurlarımızla bu yerə gəlib çıxıb” demədi. Şirkətin onlara qanlarından keçdiyini ancaq qohumluq əlaqələrindən hiss etmək mümkün idi.

Ata. Ola bilər. Burada sənə fikrini dəyişdirməyə təsir edən amil nə oldu ki. ?

Qız. Yəni, mən də hər hansı bir şirkətdə elə bir mövqe tutmaq istəyərdim. Mən sənin təklifinə yox deməklə itirdim.

Ata. Yox qızım. Sənin gözündən qaçan bəzi şeylər var.

Qız. Mən sənə gerçəklərdən bəhs edirəm. Bunun səhv anlayacaq tərəfi yoxdur axı.

Ata. Doğrudur, sənin bəhs etdiklərin gerçək ola bilər. Amma, hər şey göründüyü kimi deyil. Yəni, bəzi şeylərin göz qabağında olmasını qeyd edərək, onun gerçək mənanı verdiyini düşünməyin doğru deyil. Bu gün dünyadakı ailədən sonrakı ailə üzvlərinə illərlə keçən şirkətlərin statistik rəqəmləri heç də ürək açan deyil. Statistikaya əsasən, idarəçiliyi illərlə ailə üzvləri arasında dəyişən şirkətlərin böyük bir qismi üçüncü nəsli aşa bilməyir və əlbəttə ki, o sənin dediyin toplantılarda bundan söz açılmayır.

Qız. Necə yəni ? Necə ola bilər axı ? İllərdir var olan şirkət nə üçün çökməlidir axı.  Burada çətin nə var ki ? Hazır iş, hazır şirkət.

Ata. Səbəbi qismən də sənin o görmədiyin mənzərədir. Halbu ki, o mənzərə çoxlarının gözündən yayınır. Şirkət idarəçilər öz övladlarının fikri ilə maraqlanmadan onları şirkətin başına təyin edir. Amma, bu danılmaz gerçəkdir ki, bu gənclərdən bir çoxu elə sənin kimi öz işini qurmağa, ya da tam fərqli işlərə maraqlıdırlar.

Qız. Onları bu vəzifələrə məcbur təyin etdiklərinə heç inana bilmirəm.

Ata. O qədər də əmin olma. Bəzən ailə istəkləinə qarşı çıxmaq asan olmur, ya da bu etiraz bir nöqtəyə qədər davam edir. Əlbəttə ki, var dövlət, rahatlıq, vəzifə və vəzifənin verdiyi rahatlığın da bu qərarların qəbul edilməsində təsiri böyük olur.

Qız. Mən də elə bundan bəhs edirəm. Var dövlət, hörmət v.s.

Ata. Zorla şirkətdə yüksək vəzifə almaq düzgün deyil. Yəni, əslində var dövlət, hörmət, rahatlıq kimi səbəblər bir işə üst idarəçi kimi başlamaq üçün keçərli səbəblər deyil. İş həyatım boyunca atalarından gələn işini sevmədiyi üçün satmaq istəyən xeyli insan görmüşəm.

Qız. Necə yəni ? Valideyinlər uşaqlarını öz şirkətlərində işə götürməsinlərmi ?

Ata. “İşə götürmək” səhv bir şeydir. Onlar da işi hər kəs kimi qazanmağa çalışmalıdırlar. Çünki insan resursları şirkətin ən vacib hissəsidir və heç kimə məcbur işini sevdirmək mümkün deyil. Buna heç zamanımız da yoxdur. Əgər övladının maddiyyat sıxıntısı çəkməsini istəmirsənsə, ona maaşı qarşılıqsız ver, amma, sevmədiyi işdə işlətməyə çalışmamalısan.

Qız. Yəni sən indi deyirsən ki, mənim işi itirdiyimə görə dərd çəkməyimə ehtiyac yoxdur ?

Ata. Əlbəttə elədir. Əgər sən bu şirkətdə vəzifə almaq istəsən mən əminəm ki, qazanacaqsan.

Qız. Onda bəs nə üçün təklif etmişdin ? İşi sevmədiyimi bilirdin.

Ata. Sənə təklif etməmək səni ruh düşkünlüyünə sala bilərdi. İşi rədd edəcəyini bilirdim. Sadəcə öz marağın olan işə daha həvəslə başlamağın və öz işinin bədəlinin ailə işini rədd etmək qədər böyük olmasını istəmişdim. Bu zaman öz işin sənə daha qiymətli olacaqdı.