Növbəti networking - Business Networking Night Vol. 3

"Majlis Business Network"un "Business Networking Night Vol. 3" tədbirinə çox az qaldı. Biznes auditoriyaya fokuslanan bu tədbirin əsas misiyası iş adamlarını bir birləri ilə görüşdürmək və biznes faydalar yaratmaqdır.

Biznes mühitində aktiv həyat tərzi və şəbəkələşmə ən vacib komponentlərdəndir. Gündəlik iş həyatımızda və görüşlərdə qurduğumuz tanışlıqlar, əlaqələr bəzən yetərli olmaya bilir. Mövcud əhatənizi genişləndirmək, uğurlu tanışlıqlar qurmaq və spiker Kıvanc Yaycılı təqdimatında olacaq faydalı çıxışı izləmək istəyirsinizsə, gecikdirmədən bu tədbirdə öz yerinizi almalısınız.

Proqram:
19:00 - 19:30 - Sərbəst şəbəkələşmə və furşet masası
19:30 - 20:15 - İştirakçıların tanışlığı üçün aktivliklər
20:15 - 21:15 - Kıvanç Yaycılının çıxışı: "Uğurun sirri yoxdur"
21:15 - 22:00 - Sərbəst şəbəkələşmə

Kıvanç bəy hal-hazırda "Sirab" markasının kommersiya direktoru vəzifəsində çalışır.

Tədbir kimlər üçündür:
- Biznes sahibləri və şirkət, departament rəhbərləri
- Şirkətinin fəaliyyətini daha yaxşı etmək istəyən
- Yeni peşəkar tanışlıqlar axtarışında olan şəxslər

Tarix: 11 May, 19:00
Məkan: @Park Inn Hotel
1 nəfər üçün ödəniş: 30 AZN
2 nəfərlik ödəniş: 50 AZN ***
*** Qeyd: 2 nəfərlik iştirak haqqı daxilində siz özünüzlə daha bir şəxs gətirə bilərsiniz, lakin bu şəxs bundan əvvəl Majlis Business Network tədbirlərində iştirak etməmiş biri olmalıdır.

Öncədən qeydiyyat mütləqdir. Qeydiyyatdan keçmək üçün contact@majlis.network e-mailinə ad, soyad, mobil nömrə və çalışdığınız/rəhbəri olduğunuz müəssisənin adını yazmağınız kifayətdir. Məsul şəxslər ən qısa zamanda sizinlə əlaqə saxlayacaqlar.
Qeydiyyat üçün email göndərən zaman mövzu hissəsinə "Business Networking Night" qeyd etmək lazımdır.

Tədbirin linki: https://www.facebook.com/events/2015946355101075/ 


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları