Ortaq seçmək üçün atılmalı lazım olan 9 addım

Əgər ilk dəfə iş həyatına addımlarınızı atırsınızsa, sizə təcrübəli, yaxşı əlaqələri olan, sizin xüsusiyyətlərinizi tamamlayan və sizdən fərqli xüsusiyyətlərə sahib olan bir adamı ortaq olaraq seçməyinizi tövsiyyə edirik. Bəzən təcrübəli biznesmenlər belə öz mövqelərini möhkəmləndirmək üçün şərikə ehtiyac duyurlar. Problem ideal şəriki necə tapmağımızdır.

Əvvəlcə etiraf etməliyik ki, gerçək həyatda duyğusal özümüzə uyğun bir həyat yoldaşı axtardığımız kimi, bu vəziyyətdə də doğru ortağı tapmaq üçün sehirli bir düstur yoxdur. Amma təcrübələrimizə və bəzi uğur qazanmış insanların fikirlərinə güvənərək, bu yolda uğur qazanmağa kömək edəcək bəzi təkliflər verə bilərik:

  • İdeal ortağı özünüz üçün təsvir edin

Ən önəmli addım hansı təcrübələri və bacarıqları ilə sizi tamamlayacaq bir partnyora sahib olmaq istədiyinizə qərar verməyinizdir. Özünüzü mühakimə edin, sizdən daha təcrübəli bir iş adamından məsləhət almaqdan çəkinməyin. Bir şeyi də unutmayın ki, ideal ortağın ən yaxın dostunun və ya ailə üzvünüz olması vacib deyil.

  • İş Networklarından axtarışlara başlayın

Linkedin və Facebook’ da olan iş adamları qruplarına qatılın və Twitteri sizinlə eyni maraq dairəsi olan insanları tapmaq üçün istifadə edin.

  • İş ortaqları üçün hazırlanmış saytlara girin

Sadəcə bu məqsədlə hazırlanmış onlayn layihələr var. PartnerUp, StartupAgents and Cofounder kimi onlayn layihələr bunlardan bəziləridir. İş adamlarının, sahibkarların hər zaman istifadə etdiyi bu metodların potensiyalını unutmayın.

  • Universitetlərlə əlaqələr qurun

Biznesə, sahibkarlığa və özünə yeni iş qurmağa marağı olan tələbə, müəllimlərlə əlaqələr yaradın.

  • İş yoldaşlarınızla ünsiyyət qurun

Əgər biri ilə uzun illər bərabər çalışmısınızsa, bu adam ilə iş etikanız, məqsədləriniz və xarakteriniz üst-üstə düşürsə , bu adam doğru seçim ola bilər.

  • İmkanların bol olduğu bir şəhərdə yaşayın

Əgər səssiz sədasız bir yerdə yaşayırsınızsa, ideal şərik tapmaq şansınız daha azdır. Məsələn, Bakı kimi böyük bir şəhərə köçməyi düşünəbilərsiniz. Ortaq tapdığınız təqdirdə, belə bir yerdə vəsait də tapmağınız mümkündür.

  • Razılaşmadan öncə potensiyal şəriklərinizi tanıyın

Tələsməyin. Potensiyal şəriklərlə görüşüb zövqlərinizin uyğun olub olmadığına diqqət yetirin. Ağlınıza gələcək hər cür sualı verin və emosionallığa qapılmayın. Çünki ortaq olmaz uzun müddətli bir işdir.

  • Vəzifələrin bölüşdürülməsi məsələsində öncədən razılığa gəlin

Bu qədər əziyyət çəkib ortaq şirkət qurduqdan sonra, vacib olan məsələ bunun sizi narahat etməsidir. Çalışın kimin hansı məsələdə daha üstün olduğu, kimə hansı vəzifənin verildiyinə əmin olun. Standart bir “evlilik öncəsi” razılaşmada olduğu kimi bunu yazılı olaraq müəyyənləşdirin.

  • Özünüzə bir vəkil tutun

Xüsusilə, əvvəllər bir yerdə və bərabər işləməyən şəxslərdən ibarət ortaqlıq qurmusunuzsa, bir vəkil vasitəsi ilə iclas təşkil edin və onu necə bir şirkət qurduğunuz, kimin şirkətə nə kimi töhvələr verdiyi haqqında məlumatlandırın. Bunları yazılı hala salın, çünki sonra gec ola bilər.

Bir çox sahibkar üçün şərik tapmaq ən çətin, eyni zamanda ən vacib məqamlardan biridir. Çünki ideal bir şərik tapıldığı zaman digər işlərdə də onunla çalışmağa davam edilir.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları