Polad istehsal edən zavodda baş vermiş bir hekayə

MƏşhur bir  iş adamı, bir gün polad istehsal edən fabriklərindən birini gəzirdi və yetəri qədər istehsalın olmadığını düşünürdü, bunun səbəbini baş ustadan soruşdu:

-Sən bacarıqlı birisən bəs niyə biz yetərincə polad istehsalı ala bilmirik?

Baş usta cavab Verdi:

+Müdir,  bütün işçilərin başının üstündə durdum, çox çalışdırdım, işdən çıxarmaqla təhdid etdim. Fəqət yetərincə istehsal əldə edə bilmədik.

Iş adamı fabrikdəki işçilərdən birindən soruşdu:

-Bu gün neçə tonluq polad istehsal edə bildiniz?

+12

Sonar  fabrikin görünən yerinə böyük bir  12 rəqəmi yazır və çıxıb gedir.

Gecə növbəsinin işçiləri gəldiklərində 12 rəqəminin nə anlama gəldiyini soruşurlar. Gündüz növbəsini təhvil verənlər də bizdən işlədiyimiz məhsulun miqdarını soruşdu biz də dedik 12 ton.  O da elə yazdı və getdi. Ertəsi gün iş adamı yenidən fabrikə gəlir və 12 rəqəminin silinib 15 yazıldığını görür.

 Daha bir sonrakı gün isə, gündüz növbəsinin işçiləri 15 rəqəmini gördülər və  gecə növbəsindəki işçilərdən daha çox işlədiklərini sübut etmək üçün daha  çox çalışırlar . Beləcə, 15 rəqəmini silib 18 rəqəmini yazıb gedirlər.

Qısa zamanda fabrikin istehsalı yüksəlir. Və bunun necə baş verməsini iş adamı belə açıqlayır:

Daha çox qazanmaq üçün şirkət içərisində rəqabət hissi oyandırılmalıdır. Məqsəd işçilərin daha çox işləməyi sevmələri və birbirlərinə üstün gəlməyə səy göstərmələridir. Üstün gəlmə hissi, insanların ruhunu coşdurur. Həyatda uğura nail olmaq üçün hər insanı xoşbəxt edən; uğurlu olduğu, üstünlük qazandığını düşündüyü işi etməsidir. Çünki bu uğur ilə özünü ifadə etmək imkanı qazanır, özünü dəyərli və üstün hiss edərş bu səbəbdəndir ki,  bir oturuma 100 qamburger yemək və ya əlli stəkan içki içmək kimi mənasız iddialarla yarışlara qatılarlar. Insanları motivasiya edən, üstün gəlmək, dəyərni göstərmək istəyidir. Bu səbəblə insanlar üstün gələcəklərini düşündükləri bacarıqlarını ortaya çıxara biləcəkləri üçün təşviq edilməlidirlər.”