Professional satıcı olmanızın mühüm yolu özünüzü sevməkdən keçir

Yüksək gəlirli satıcı olmağın həlledici məqamı budur ki, özünüqiymətləndirmə satış dövriyyəsi ilə düz mütənasib olsun. Daha gəlirli və uğurlu satıcılar özlərini daha yüksək qiymətləndirirlər. Özünüqiymətləndirmə, özünüzü nə qədər çox sevməyiniz kimi izah edilə bilər. Özünüzü daha çox sevdikcə daha bacarıqlı olursunuz. Daha bacarıqlı olduqca özünüzü daha çox sevirsiniz. Bu ünsürlər bir-birlərinə təkan verirlər. Ozünüzü nə qədər çox sevsəniz özünüz üçün bir о qədər yüksək standartlar və məqsədlər qoyacaqsınız. Özünüzü nə qədər çox sevsəniz öz gücünüzə və bacarığınıza da inamınız bir о qədər çox olacaq və çətinliklər qarşısında daha inadkar olacaqsınız. Özünüzü nə qədər çox sevsəniz başqaları da sizi bir о qədər çox sevəcək sizdən məhsul almağa və sizi dostlarına məsləhət görməyə həvəsli olacaqlar.

Vacib bir paralel var. Düşüncənin sağlamlığı fiziki sağlamlıq kimidir. Hər gün müəyyən fiziki hərəkətlər etsəniz fiziki sağlamlığınız getdikcə möhkəmlənəcək. Eyni qayda ilə, hər gün müəyyən düşüncə tapşırıqları etməklə düşüncənizi də günü-gündən daha sağlam edə bilərsiniz. Özünüqiymətləndirmə, özünüzə inamınızı və pozitivliyinizi artacaqdır.

Yuxarıda deyilənləri nəzərə alaraq nəticə çıxarmaq olar ki, satış uğuru qazanmaq yolundakı ilk işiniz uğurlu satıcıların düşündüyü kimi düşünməyə başlamaq olmalıdır. Hər dəfə onlar kimi düşündükdə daha optimist və yaradıcı olacaqsınız. Özünüzü daha xoşbəxt və effektiv hiss edəcəksiniz. Enerjiniz və qətiyyətiniz artacaq. Daha çox zənglər edəcəksiniz və prezentasiyalarınız daha keyfiyyətli olacaq. Satış dövriyyəniz və gəliriniz artacaq. Uğurlu satıcıların mental keyfiyyətlərinə yiyələndikcə və praktikada tətbiq etdikcə bütün həyatınız sübh günəşi kimi şəfəq saçacaq. Gəlin başlayaq!