Professionallar məsuliyyət axtarışındadır

 İşinizdə hər zaman sizdən gözlənilən standartdan daha çoxunu nümayiş etdirməlisiniz. Təkcə bununla kifayət etməməlisiniz həmdə bunun məsuliyyətini öz üzərinizə götürməlisiniz. Professionallar hər zaman öz işlərinə qarşı çox məsuliyyətli olarlar. Onlar öz işləri ilə bağlı çətinlikləri başqalarının üstünə yıxmazlar. Əvəzində o çətinliyi həll edə biləcəkləri ən düzgün yolu analiz edib seçərlər. Xoşlarına getməyən bir gedişatın olduğunu gördükdə, bu işin öhdəsindən gələ biləcəklərinə inamlı olarlar.

 İşin ən yaxşı tərəfi ondadır ki, nə qədər çox məsuliyyətiniz olarsa, özünüzə və işinizə qarşı sevgi və hörmət daha çox olar. Özünüzə və işinizə qarşı nə qədər sevgi və hörmət olarsa, o qədər pozitiv olarsınız və özünüzü o qədər yaxşı və rahat hiss edərsiniz. Buda sizin normalda görə biləcəyiniz işdən daha çoxunu görməyinizə imkan yaradacaqdır.

            Bu andan etibarən harda işləməyinizdən aslı olmayaraq özünüzü tək nəfərlik bir şirkət kimi düşünün. Bu şirkətin çətinliklərlə qarşılaşa biləcəyini, böyük müvəffəqiyyətlər qazana biləcəyini təsəvvür edin. Buna görədə bu şirkətin planları, strategiyaları, taktikaları, misyonunu, vizyonununun düzgün olması lazım olduğunu düşünün. Bunlar üzərində ciddi şəkildə işləsəniz, işinizə qarşıda o qədər ciddi və məsuliyyətli olarınız. Şəxsi qazancınızda gündən günə ilərləyişlər olar. Karyeranızda böyük nailiyyətlər əldə edərsiniz.