Qızıldərililərin Şərəf Qanunları

  • Dua etmək üçün Günəşlə birlikdə oyan. Tək başına dua et, sıx-sıx dua et. Böyük Ruh səni eşidəcək.
  • Yollarını azan insanlara qarşı anlayışlı ol. Cahillik, lovğalıq, qəzəb, qısqanclıq və acgözlülük yolunu itirən ruhdan gəlir.  Onlara düz yola gəlmələri üçün dua et.
  • Özün-özünü araşdır, kəşf et. Başqalarının sənin yolunu sənin üçün müəyyən etmələrinə icazə vermə. O sənin, sadəcə sənin yolundur. Başqaları o yolda səninlə bərabər gedə bilərlər. Ancaq, heç kimsə o yolu sənin yerinə gedə bilməz.
  • Evində qonaqlarına hörmətlə davran. Onlara ən yaxşı yeməklərini və çarpayılarını ver. Onlara hörmət və izzətlə münasibət göstər.
  • Hər hansı bir şəxsdən, cəmiyyətdən, çöldən və ya mədəniyyətdən sənə aid olmayan heç nəyi alma. Bunlar nə qazanılmışdır, nə də verilmişdir. Sənin deyildir.
  • Dünyadakı hər şeyə qarşı hörmətlə davran – istər insan, istər heyvan, istər bitiki olsun.
  • Digər insanların düşüncələrinə, istəklərinə və sözlərinə dəyər ver. Başqasının sözünü əsla kəsmə, onu ələ salma və ya ağzını əymə. Hər kəsə özünü ifadə etmək üçün icazə ver.
  • Başqaları ilə qətiyyən kobud şəkildə danışma. Kainata yaydığın mənfi ruh çoxalaraq sənə qayıdar.
  • Hər kəs xəta törədə bilər və bütün xətalar bağışlana bilər.
  • Pis düşüncələr zehni, fiziki və ruhi xəstəliklərə səbəb olur. Nikbin ol.

  • Təbiət bizim üçün deyil. O, bizim bir parçamızdır. O, sənin dünyəvi ailənin parçasıdır.
  • Uşaqlar gələcəyimizin toxumlarıdır. Onların ürəklərinə sevgi ək, müdriklik və həyat dərsləri ilə sula. Onlar böyüyərkən, böyümələri üçün yer saxla.
  • Başqalarının qəlbini qırmaqdan çəkin. Verdiyin əzabın zəhəri sənə geri qayıdar.
  • Hər zaman dürüst ol.
  • Özünü hər zaman tarazlıqda tut. Sənin “Zehni Mən”inin, “Emosional Mən”inin və “Fiziki Mən”inin – hamısının güclü, saf və sağlam olmağa ehtiyacı var. Zehnini gücləndirmək üçün bədənini çalışdır. Emosional narahatlıqlarını yaxşılaşdırmaq üçün ruhuna diqqət göstər.
  • Kim olacağına və necə davranacağına qərar verərkən şüurlu qərarlar ver.  Öz hərəkətlərinin məsuliyyətini öz üzərinə al.
  • Başqalarının məhrəminə və şəxsi işlərinə hörmətlə yanaş. Başqalarının şəxsi əşyalarına toxunma – xüsusən, müqəddəs və dini əşyalarına. Bu, qadağandır.
  • Yaxşı taleyini başqaları ilə paylaş. Şəfqətli ol.
  • Başqalarının dini inanclarına hörmətlə yanaş. Öz inancını başqalarına qəbul etdirməyə çalışma.
  • Əvvəlcə, özünə qarşı dürüst ol. Özünü bəsləyə bilməzsən və özünə yardım edə bilməzsən, başqalarını bəsləyə bilməzsən və onlara kömək edə bilməzsən.

 

Dünyada hər şeyin bir səbəbi var. Hər bir bitki bir xəstəliyi müalicə etmək üçün böyüyür. Və hər insan bir missiyanı həyata keçirmək üçün yaradılmışdır.

 

Şəkildə: Oturan Buğa (1831-1890 )

Oturan Buğa, (Yerli dildə adı Tȟatȟáŋka Íyotake),  Federal hökumətinin əsir aldığı son Siu (Lakota) qəbiləsinin böyüyü olmuşdur. Öz adını 14 yaşında Krou qızıldərililərinə qarşı mübarizədə fərqlənəndə alıb. Lakota qəbiləsinə 1868-ci ildən başçılıq etməyə başlayıb.

Ağlar qızıldərililərin torpaqlarına 1950-ci illərdə yerləşməyə başladılar və yerliləri sıxışdırdılar. Ağlarla müharibə 1868-ci ildə bitmişdi, amma Black Hills adlanan yerdə (bu bölgə qızıldərililər üçün müqəddəs sayılırdı) qızılın tapılması gərginliyi yenidən artırdı. 1876-cı ildə mart ayında Lakota, Cheyyene və Arapahoların qatıldığı və Rosebud Creekdə keçirilən “Günəş Rəqsi” mərasimində Oturan Buğa gələcəkdən xəbərlər aldığını bilidirdi. Bir neçə həftə sonra General George Amstrong Custer və 7-ci süvari dəstəsi yerlilərin düşərgəsinə hücum etdilər. Bu döyüşdə bir çox qızıldərili və demək olar ki, bütün ağ əsgərlər öldürüldü.

4 il sonra buffaloların nəslinin tükənməsi və qida qıtlığı səbəbi ilə Oturan Buğa təslim olmaq məcburiyyətində qaldı. 1881-ci ilin qışında Oturan Buğa və hələ də onun ətrafında olan bir qrup qızıldərili federal əsgərlərə təslim oldular. 1881-ci ilin iyulunda o öz kiçik oğlu ilə birlikdə federal hökumətin ofisinə gəldi. Bununla dost olmaq istədiyini göstərmək istədi və “qəbiləmin xatırlayacağı son əsir mən olmaq istəyirəm” dedi. O, Cənubi Dakotada Standinq Rokda qızıldərililər üçün hazırlanmış düşərgədə əsir tutuldu. 1885-ci illərdə qızıldərililər ağların seçdiyi rəhbərlərlə idarə olunurdular. Oturan Buğa ömrünün sonlarına yaxın Standinq Rokda Grand Riverdə kiçik bir komada yaşadı. 2 xanımı ilə birlikdə yaşayırdı və xristianlığı qəbul etməmişdi. Amma yeni nəslin oxumağı və yazmağı bilməli olduğunu hesab edirdi və onları yaxınlıqdakı xristian məktəbinə göndərdi.

1890-cı ilin payızında Oturan Buğaya “Ruh rəqsi” ilə bağlı xəbərlər gəldi. Ruh rəqsi mərasimləri ağların torpaqlarını tərk etmələri və qızıldərililərin əvvəlki həyatlarına qayıtmaları istəyinin ifadəsi idi. Federal hökumət üçün işləyən agentlər bu mərasimi onlara xəbər verdilər.  Mərasimə hələ də sevilən,mistik gücə malik Oturan Buğa da lider olaraq qatıldı. Hökumət bura 43 Lakota polisini yollamışdı. 1890-cı ilin dekabrında Oturan Buğanın komasını top atəşinə tutdular. Tərəfdarları liderini qorumağa çalışsalar da arxasından gələn Lakota əsgəri onu başından vurdu. Oturan Buğa Fort Yatesdə dəfn edilmişdir. Məzarında nişan olaraq qranit mizraq var.

 

Coaching.az ·


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları