Rusiyanın məşhur taksi xidməti Azərbaycanda

“Maxim” taksi xidməti 2003-cü ildə işə başlayıb. Şirkətin tarixi Uralın balaca Şadrinsk şəhərində kiçik taksi xidmətindən başlayıb. Şirkətin əsasını Kurqandan olan gənc mühəndislər — texnoloji proseslərin və istehsalların avtomatlaşdırması üzrə mütəxəssislər qoyublar. Fins.az xəbər verir ki, təsisçilər özləri də şirkətə dəvət edilmiş sürücülərlə birgə şəxsi avtomobillərində taksi sürücüsü işləyiblər.

Onlar sifarişlərlə işi maksimum avtomatlaşdırmaq və taksi xidmətini kütləvi etmək istəyiblər.

 

Şirkət işinin fasiləsiz təkmilləşdirilməsi təsisçiləri əmək bölgüsünə gətirib çıxardı. Hər kəs öz işini etməlidir: Biriləri müasir əlaqə-mərkəzləri tikməli və operatorları öyrətməli, digərləri proqram məhsullarını hazırlamalı və texniki dəstək göstərməli, üçüncülər sərnişinləri və daşıyıcıları cəlb etməli, dördüncülər daşınmalarla məşğul olmalıdırlar. İndi xidmətin göstərilməsi üçün ən müxtəlif məlumat sahələrində mütəxəssislərin komandaları birgə işləyir.

İlk altı il ərzində, iş dörd şəhərdə qaydaya salındı, effektli biznes-proseslər quruldu və qarşılıqlı sərfəli əməkdaşlığın ənənələri hazırlandı ki, bütün bunlar gələcəkdə şirkətin genişlənməsinə şərait yaratdı. Beləliklə, “Maxim” taxi 2009-cu ildə yeddi yeni şəhərdə birdən bölmələr açır, 2010-cu ildə bu rəqəm 17 olur, sonra temp bir il ərzində 22 şəhərə qədər artır.

Hazırda “Maxim” taxi Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan, Bolqarıstan, İndoneziya, Tacikistan, İran , İtaliya və Azərbaycanda fəaliyyət göstərir.

“Maksim”taksinin xidmətlərindən smartfona yüklənmiş xüsusi tətbiqlə yanaşı *2111 zəng etməklə də yararlanmaq olar. Məlumat üçün bildirək ki, “Maksim” taxi ilə bir manata da ünvan başına çatmaq olar.

Müəllif:Xeybər Heydərov