Səhv etməkdən çəkinməyin

Riçard Brenson | “Virgin Group” şirkətlər qrupunun yaradıcısı

Tanınmış biznesmen Riçard Brensona görə qeyri-adi nəticələr əldə etmək üçün qeyri-adi şeylər etməyə ehtiyac yoxdur. Mütəmadi olaraq yeni bir şey öyrənmək, öyrəndiyini bacardığın qədər tətbiq etmək və səhv etməkdən çəkinməmək uğuru özü ilə gətirəcək.

Hazırda dünyanın ən uğurlu biznesmenlərindən biri sayılan Riçard Brenson biznes həyatına 1970-ci ildən başlayıb. “Virgin Qrup”un yaradıcısı olaraq o, “sıfır”dan başlayaraq 5 milyard dollarlıq bir sərvət qazanıb.

Disleksiya xəstəliyindən əziyyət çəkən Riçard Brensonun məktəbdə çox zəif göstəriciləri olub. Oxumaqda çətinlik çəkən 16 yaşında məktəbi tərk edib. Onun ilk biznes təcrübəsi məktəbi tərk etdikdən sonra təsis etdiyi bir qədər ironik səslənən  “Student” (tələbə) adlı jurnal olub. Amma məhz məktəbi tərk etmə qərarı nəticə olaraq “Virgin Records” adlı şirkətini yaratmasına səbəb olmuşdur. O, şirkətinə “Virgin” (xam) adını verməsini əvvəllər heç bir biznes təcrübəsinin olmamağı ilə əlaqələndirmişdir.

Çox maraqlı bir faktdır ki, bir dəfə, hələ çox gənc ikən anası onu macəra həvəsi olmadığına görə şəhərdən kənarda bir yerdə tərk etmiş və ona təlimatlar verərək geri tək qayıtmağını tələb etmişdir.

Onun biznes fəaliyyəti musiqi sənayesində başlamış və digər sektorlara genişlənərək Brensonu milyardçı etmişdir. Onun “Virgin Group”nun tərkibində son zamanlarda daxil etdiyi kosmosa səyahət şirkəti “Virgin Galaktik” də daxil olmaqla  400-dən çox şirkət var.

Onun ən sevimli məsləhəti budur: “Heç vaxt geriyə təəssüf hissi ilə baxmayın – növbəti bir macəraya adlayın. Bu məsləhəti ona anası verib. Riçard Brensonun fikrincə uzun-uzadı uğursuzluqlar barədə düşünməkdənsə enerjinizi başqa layihəyə, işə sərf edin. “Virgin”in bütün bizneslərini sevinc hissi ilə idarə edirəm –  belə ki, hər hansı bir uğursuzluğu mən heç vaxt pis təcrübə saymıram, əksinə bu, mənim üçün daim davam edən öyrənmə prosesidir.”


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları