Səhvlər bizi uğura aparırmı?

Hər kəs səhv edə bilər. Əsas olan səhv etməkdən qorxmadan sərbəst şəkildə nəyəsə başlamaqdır. Buna görə də mütəxəssislər edilən səhvlərin əslində insanın həyatında önəmli inkişafa səbəb olduğunu deyirlər. Səhv edən insanlar – bundan dərs aldıqları müddət ərzində – həyatlarında çox xoşbəxt və uğur qazanmış insanlar olaraq qarşımıza çıxırlar.

 

Səhv etmək kiçik yaşlarımızdan etibarən bizə pis bir şey olaraq öyrədildi və şüur altımızda səhv etməkdən və bunların nəticələrindən qorxduq. Lakin, reallıq budur ki, atılan hər bir addımın sonunda uğurlu olmalıyıq deyilən bir qayda yoxdur. Əgər uğurlu olmayacağımız düşüncəsi ilə addım atmaqdan qorxsaq bax həmin anda uğursuz və bədbəxt bir insana çevrilərik.

 

Bir çox uğurlu insan səhv etməkdən qorxduğu üçün reallışdıra bilmədiklərinə görə sonradan təəssüflənirlər. Onlardan biri də Tim Westergren-dir. O, bazar dəyəri 2.5 milyard dollar olan “Pandora” musiqi-radio veb saytı və app-nin təsisçisidir. Tim Westergren gənclik vaxtlarında yaxşı bir fikir olduğunu düşündüyü şeyləri səhv etməkdən qorxduğu üçün həyata keçirmədiyinə görə peşman olduğunu dilə gətirir. O, əlavə edərək bildirir:

 

“Hamımız bizim üçün əvvəlcədən çəkilmiş güvənli və düz yolda yeriməyə vərdiş etdiyimizdən, öz yolumuzu çəkmək qorxuducu gəlir”.

Digər bir uğurlu biznesmen və yazıçı olan Robert Kiyosaki səhv etməyin uğura olan töhfəsini bu sözlərlə açıqlayır:

 

“Qazananlar itirməkdən qorxmazlar. İtirənlər qorxarlar. Səhvlər uğur əldə etmə prosesinin bir parçasıdır. Uğursuzluqdan qaçan insanlar, uğurdan da qaçmış olurlar”.

Moneta.az