Şirkəti Böyütmək Üçün 6 Yol.

Bacarıqlı işçiyə sahib olmaq hər şirkət sahibi üçün arzu ediləndir. Əksər şirkət sahibləri bacarıqlı işçilərinə yüksək maaşlar ödəyərək onları əllərində saxlamağa çalışır. Glassdoor tərəfindən 2044 işçi arasında aparılmış anket araşdırması nəticəsində işçilərdən 53%-nin daha yaxşı çalışmaları üçün və şirkətə bağlı olmaları üçün maaşdan daha çox rəğbət və güvənə etiyaclarının olduğu məlum olmuşdur. Digər bir araşdırma isə, bu rəqəmin 81% olduğunu deyir.

Bir işçi minnətdarlıq ilə qiymətləndirildikdə, o, özünü şirkətin məqsədinə çatmasında önəmli bir parça olduğunu hiss edir və özünə inamı artır. Digər tərəfdən Pychloogy Today’s-ə görə, minnətdarlıq duyğusu, dopmanin hormonuna təsir edir. Bu hormonun təsirlənməsi nəticəsində, daha rahat yatma, stresdən uzaq olma və diqqətcillik kimi müsbət təsirlər ortaya çıxır.

Qısacası sizin bir lider kimi, işçilərinizə göstərmiş olduğunuz önəmlilik dərəcəsi onların halının yüksəlməsinə, işə daha yaxşı fokuslanmalarına və dolaysı ilə də sağlamlıqlarının yüksəlməsinə səbəb olur. Yəni, necə deyərlər, sağlam ruhda sağlam fikir olur. Bu hal eyni zamanda işçilərinizin gündəlik işdə məhsuldarlığını artırmaqla bərabər, xəstələnmə sonrası iş icazələrinin də azalmasına səbəb olacaqdır. Nəticədə siz, bir lider olaraq işçilərinizə göstərəcəyiniz kiçik bir diqqətlə həm onların iş saatlarındakı məhsuldarlığını həm də onların işə davamlılığını ən üst səviyyəyə qədər yüksəltməyi bacaracaqsınız.

Bunun üçün istifadə edə biləcəyiniz 6 əsas yol aşağıda açıqlanmışdır.

Təşəkkür etmək üçün ən doğru zamanı seçin.

Siz bir lider olaraq şirkətdə cızmış olduğunuz yol, digərləri tərəfindən təqlid edilməyə çalışılacaqdır. Buna görə də davranışlarınızda diqqətli olmağa çalışın. İşçiləriniz üçün önəmli olan minnətdaram ya da təşəkkür edirəm kimi kəlimələri doğru yerdə və onları bu kəliməni sizdən ilk dəfə eşitdikləri qədər işinə bağlayacaq şəkildə istifadə edin. Qısacası, əlinizdə ən böyük silahlarınızdan olan minnətdarlıq duyğusunu xəsislik və balansla xərcləməyi bacarın.  Əks təqdirdə işçilər sizin səmimiliyinizə şübhə edəcək və siz lider olaraq üstünlüklərinizdən birini itirəcəksiniz.

Kollektiv ruhunu yaradın.

Azərbaycan dilində el gücü-sel gücü atalar sözü ilə açıqlana biləcək kollektiv ruhu yaratmaq  şirkətin uğurunun önəmli parçasıdır. Bu düşüncədən yararlanaraq ayrı ayrılıqda ruh yüksəkliyi yaratmaqda çətinlik çəkdiyiniz böyük bir kollektivi, bir komanda halında cəmləyərək asanlıqla idarə edəcəksiniz.

Diqqətcil Olmaqdan Çəkinməyin.

İşçilər liderləri tərəfindən yaxşı söz eşitməyi sevərlər amma, bu sözləri eşitməkdən daha qiymətlisi isə, xüsusi diqqətdir. Məsələn, siz işçinizə ən bahalı restoranda yemək yeməsi üçün kart hədiyyə edə bilər, onu bir həftəlik istirahətə göndərə bilər ya da kollektivinizə gözəl bir axşam yeməyi təşkil edə bilərsiniz.

Eyni zamanda, işçilərinizi iş mühitinin içinə çəkmək üçün onun fikirlərini dinləmək, toplantılarda söz sahibi etmək də uğurunuza yardımçı olacaqdır. Unutmayın ki, siz öz işçinizə yeni işlər həvalə edərək yükünü ağırlaşdırdıqda belə, bunu maaş artımı ilə pərdələsəniz, bu həm işçinizin karyerasını həm də şirkətin uğurlarına müsbət təsir edəcəkdir.

Təvazökar Olun.

Liderlik xüsusiyyətinin ən önəmli cəhətindən biri bütün işçi heyətinin haqqını verməkdir. Əgər siz bir lider olaraq şirkəin uğurunu tamamı ilə özünüzlə bağlamağa çalışacaqsınızsa, elə həmin andan işçilərinizin iş motivasiyasını önəmli dərəcədə məhv etmiş olacaqsınız. Bu uğur hər nə qədər böyük ölçüdə sizdən qaynaqlanmış olsa belə, bütün varlğını işinizə qoyan çox sayda işçinizin bu işdə daha böyük rolunun olduğunu etiraf etməkdən çəkinməməlisiniz.

Şirkətin Təməllərini Minnətdarlıq və Diqqət Anlayışı Üzərində Qurun.

Toplantılarınızda işçilərinizə minnətdar olduğunuzu bildirməkdən çəkinməyin və hər kəsin bunu etməsi üçün öz davranışınızla ilk təməlləri atın. İşçilərinizə bir-birinə təşəkkür etməsi üçün zaman və şərait yaradın. İlk təməli siz atdıqda və bunu yetərincə dəstəklədiyinizdə, bu mdəniyyət anlayışı tez bir zamanda şirkətinizin içində böyüyəcəkdir.

İşçilərinizə Güvəndiyinizi Hiss Etdirin.

Lider olaraq işçilərə minnətdar və diqqəti göstərməyin bir digər yolu da onlara güvənmək və bunu mütləq qarşı tərəfə hiss etdirməkdir. İşçilərinizin yeməyə getmə və yeməkdən qayıtma kimi vaxtlarına nəzarət etməyin, onların telefon danışıqlarına müdaxilədən çəkinin, ya da bunu onlara hiss etdirmədən edin. İşçilərinizə güvəndiyinizi, onlara gərəksiz nəzarətdən çəkindiyinizi, göstərmək üçün əlinizdən gələni edin.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları