Şirkətinizi iflas olmaqdan qoruyun

Bir çox şirkətin iflas olduğunu xəbərlərdə tez-tez eşidirik. Xüsusilə son zamanlar dolların dəyərinin artması, bu valyuta ilə borcu olan şirkətlərə ağır zərbə olmuş və iflasa aparmışdır. Bundan əlavə iflasın sadəcə bir sektora aid deyil, bir çox sektorda yayıldığını qeyd etməliyik.

Valyuta kursu riski, sonradan nəğdə çevrilən qazanc əldə etmək kimi vəziyyətlərdə maliyyə intizamı və həssaslıq olmalıdır. Əks təqdirdə, şirkət borclu olduğu bank, tədarükçü kimi qurumlardan özünü  qorumaq və iflası təxirə salmaq üçün məhkəməyə müraciət edir. Lakin məhkəmədən də iflası təxirə salma qərarı dəqiq deyil, birbaşa iflas qərarı da verilə bilər. Belə məqamda borclu olunan qurumlarla oturub razılığa gəlmək lazımdır.

Hər şeydən öncə şirkətlərin nəyə görə bu vəziyyətə düşdüyünə nəzər salaq. Şirkət sahibləri bəzən daha çox gəlir əldə etmək məqsədiylə satışları artırmağa qərar verir. Bu zaman şirkətin banklardan borc alması, tədarükçülərin zəif təminat strukturuna sahib olsa da bu şirkətə mal verməsi, şirkətin işlərindən qazanc əldə edə bilməməsi kimi məsələlər ağıla gəlir. Bundan başqa digər maliyyə və sığorta borclarının yığılması, standartların həddindən artıq üzərində xərclərin artırılması, şirkətin maliyyə məlumatlarına nəzarətin olmaması kimi hallar da kriz vəziyyətinə gətirib çıxardır və bəzən bunlara qarşı tədbirlər də almaq olmur.

Həm banklar, həm də tədarükçülər eyni anda ödəniş tələb etdikdə şirkətin şansları azalmağa başlayır. Hətta bu prosesdə işçilərə də borclar yaranır və maaşların geciktirilməsi hallarına rast gəlinir. Təbii ki, bütün qurumlar və şəxslər eyni anda şirkətə qarşı olduğundan, şirkətin ayaqda qalma şansı da qalmır. Məsələn, hansısa bir banka bütün əmanət sahibləri gedib pullarını çəksələr, həmin bankın ayaqda qalmaq şansı varmı ?

Xüsusilə kiçik şirkətlərdə maliyyə nəzarətinə diqqət yetirilmir. Həddindən artıq dərəcədə satışları artırmağı düşünərək xərcləri artırmaq, maliyyə nəzarətsizliyi və qazanc əldə etməmək ilə birləşəndə kiçik və orta böyük şirkətlərdə qaçınılmaz olur. Sona isə iflasa səbəb olur.

İflası təxirə salınan şirkətlər isə tədarükçü şirkətləri də maliyyə çətinlikləri ilə üz-üzə qoyur. Bunun nəticəsində bütün bazar “zəncirvari” risk altında qalır.

Şirkət olaraq diqqət etməli olduğunuz məqamları qısaca açıqlayaq:

  • Maliyyə vəziyyətinizə hakim olun, əsasən yaxın 6 ay ilə əlaqəli təxminlərinizi hər həftə gözdən keçirin və daimi olaraq yeniləyin. Sərmayənizin vəziyyətini, mədaxillərin reallığını və borcları ödəyəbilmə qabiliyyətinizi daimi olaraq nəzarətdə saxlayın.
  • İkinci diqqət edilməsi vacib olan nüans şirkət rəhbərlərinin sərmayəni öz sərvətlərinə çevirmələridir. Satış artışı var deyə şəxsi xərclərinizi artırmayın. Çünki həm özünüzü, həm də şirkətinizi lazımsız yerə borclanmasına səbəb olursunuz. Diqqət edilməli məqam budur ki, şəxsi büdcənizi  satış gəlirlərinə görə yox, şirkətin xərcləri ödənildikdən sonra əldə etdiyiniz qazanca görə müəyyənləşdirin.
  • Son olaraq bir strategiyanız olsun. Bazar risklərini hesablayın və risklər reallaşdığı təqdirdə nə edəcəyinizi bilin. Yəni bazardakı panikadan sonra dərhal müdaxilə şansınız olsun ki, mümkün zərəri mimimuma endirə biləsiniz.

İş dünyasına məxsus risklərdən əlavə, makro iqtisadi risklər də mövcuddur. Buna görə də ehtiyatı əldən verməməyə çalışılmalı, əlavə sərmaye dəstəyini çətin vəziyyətlər üçün ehtiyatda saxlamalısınız.