Şirkətlərin diqqətə almadıqları risklər

Siz şirkət olaraq hər həftə sonu, hətta hər gün iclaslar təşkil edərək həm problemləri müəyyən edə bilərsiniz həm də yeni iş ortaqlarınızı müəyyən edə bilərsiniz. Sizin bir gün içində 5 şirkətlə də ortaq nöqtəyə gələrək satışları artırma şansınız var. Əlbəttə bunların hər biri realdır. Əgər siz şirkət olaraq özünüzü isbat etmiş gücə sahibsinizsə, onda heç şübhəsiz ki, sizin ofislərinizdə oturan işçiləriniz ən azında bir xarici dili sərbəst danışa bilir və onların qarşısında olan kompüterlər də ən bahalılarındandır. Siz şirkət olaraq bu yolla irəli getməyə, rəqiblərinizi üstələməyə çalışırsınız. Hər gün yeni layihələr ətrafında düşünərək böyük məbləğlərdə yartırmlara imza ataraq, risk dərəcəsinin hansı səviyyədə olduğunu yaxşıca araşdırdığınız və ancaq risksizliyinə tam əmin olduqdan sonra birlikdə işləməyə başladığınız ortaqlarınızla işə başlayır, büdcənizi müəyyən edirsiniz. Əksər şirkətlər kimi siz də bununla riskdən sığortalandığınızı zənn edir və yatırım etdiyiniz bölgədə gözlənilməz olaraq torpaq sürüşməsi kimi təbii fəlakətlər olduqda isə, bütün planlarınız və maliyyəniz batmış olur. Amma halbu ki, siz və çox güvəndiyiniz işçiləriniz aylarla ortaqlarınızı analiz etmişsiniz, yatırım edilən sektorları yetərincə incələnmişsiniz və qiymətli kağızlar bazarı ilə əlaqəni hər zaman yüksək səviyyədə saxlanılmışsınız. Təssüflər olsun ki, bu gün əksər şirkətlər riskdən sığortalanma dedikdə ilk olaraq valyuta və qiymətli kağızlar kimi bazarlara diqqət yetirərək qarşıdakı bir neçə ayı professional şəkildə analiz edirlər. Amma,  risk onları bu dəfə hələ 6 ay əvvəldən qızışmağa başlamış iki qonşu ölkənin mübaribəyə başlaması ilə vurur. Əfsuslar olsun ki, şirkət bunun kimi amili heç nəzərə də almamışdı.

Elə bu səbəbdəndir ki, bu gün bəzi şirkətlər bir anda zirvələrə yüksəlir və bir anda da bazardan tamamı ilə silinir. Çünki, əksər şirkətlər gələcəyini keçmişdəki makro və mikro rəqəmlərə baxaraq qurmağa çalışır. Bu yolla öz gələcəyini qarantiləmək istəyən qurum gözlənilməz anda ən böyük rəqibinin bazara yeni məhsulla çıxması nəticəsinə iflas təhlükəsi ilə qarşılaşır.

Halbuki, bu gün böyük miqdarlarda yatırımlar həyata keçirməkdən çəkinməyən şirkətlərin diqqət etməsi gərəkən başlıca nöqtlər iqtisadi terndlər, qırılma nöqtələri, gözlənilməz riskin ortaya çıxması nəticəsində satışların necə bərpa olunacağı ilə bağlı olmalıdır. Qısacası, şirkətlər hər kəsə məlum olan valyuta bazarı riskləri, qiymətli kağızlar bazarı ilə əlaqəli məlumatlarla bərabər, risk xəritəsi və gözlənilməz riskdən ən az zərərlə yaxa qurtarma şəkillərini müəyyən etməlidir. Bunun real nümunə olaraq Azərbaycan iqtisadiyyatında son bir ildə baş verən ölkə pul vahidinin 97%-lik devalvasiyasına bağlamaq olar. Neftin dünya bazarında qiymətinin düşməsinə baxmayaraq, müştərilərinə dollarla kredit verməyi davam etdirən banklar ikinci devalvasiyadan sonra kreditlərin geri ödənməməsindən dolayı iflas təhlükəsi ilə qarşılaşmışlar. Halbuki, əksər banklar müştərilərini dəyərləndirərkən, onların gəlilərini manatla diqqətə almış və bu yolla şirkətlərini riskdən sığortalamış saymışlardı.