Şirkətlərin iflas etmə səbəbləri

Son zamanlarda iş dünyasında şirkətlər arasındakı rəqabətin artması bir çox şirkətlərin iflas etməsinə səbəb olmuşdur. Bu yazımda şirkətlərin iflasına səbəb olan şirkət idarə edicilərnin gözardı etdikləri bəzi məqamlara toxunacam.

1. Zamanı və risqi düzgün analiz etməmək.

2. Qəliz problemləri dövrlərə ayıraraq uzun zamanda həll etmək qaldığı halda, qısa zamanda problemi həll etmək istəyi.

3. Şirkətin olduğu bazardakı trendlərə ayaq uydura bilməməsi, yada bilərəkdən ayaq uydurmaması.

4. Şirkət idarə edicilərinin  bazarda gələcək illərdə ola biləcək çətinlikləri (risqlər, böhran, bazar kiçilməsi və s) göz ardı etmələri.

5. Rəqibləri düzgün dəyərləndirə bilməmək.

6. Şirkətin bazarda ola biləcək dəyişikliklərə ayaq uydura bilməməsi, yəni ki elastik olmaması.

7. Hədəflərin həddindən artıq yüksək qərarlaşdırılması.

8. Oz sahəsində lider olan şirkətlərə öz bazarları yetmədikdə, digər bazarlara yatırım edirlər. Hər bazardada bu nəticəni əldə edəcəklərini düşünən idarə edicilər bir çox bazarda rəqabət apardıqlarına görə, şirkəti iflasa sürükləyə bilirlər.

9. İşləri idarə edərkən qaydaları pozmaq və bunu tez tez təkrarlamaq.

10. Köhnə və bəlkədə artıq qüvvəsini itirmiş hesabatlara baxaraq qərarlar vermək.