Şirkətlərin müvəffəqiyyət qazanmasının səbəbləri

Əgər bir müəssisə qələbə çalmağı bacaribsa, bu qədər çətin şərtlər altında bazardan pay götürə bilibsə, rəqiblərindən bir addım öndədirsə, bunları əldə etmək üçün hansı bəzi fəaliyyətləri göstərmişdir, onları qeyd edəcəm.

  • Ən doğru hədəf bazar təyin olunmuşdur, məhsul vəya marka bu bazara uyğun olaraq yerləşdirilmişdir.
  • Biznesin idarə heyyəti mənfəət qruplarını çox yaxşı dəyərləndirmişdir və biznes hədəflərini onlara uyğun olaraq təyin etmişdir.
  • Müəssisə, rəqiblərini yaxşı analiz etmişdir, onların zəif tərəflərinə hücum etməyə, güclü tərəflərindən isə müdafiə üçün tədbirlər almışdır.
  • Müəssisə, bazardakı fürsət və təhdidləri zamanında dərk etmiş, təhdidlərə qarşı tədbir almağı bacararaq, fürsətlərdən yararlana bilmişdir.
  • Müəssisə, uzun zamanlı strategiya planlarına və bu planlara bağlı orta və qısa müddətli planlara sahibdir.
  • İstehsal və xidmət müddətində tam nəzarətə sahibdir.
  • Güclü bir marka imici yaratmış və bunu qorumuşdur.
  • İnkişaf edən texnologiyadan daima yararlanmağı bacarmışdır.
  • Sadə ama funksional bir təşkilat qruluşuna sahibdir.
  • Bazar mərkəzli olmağı bacarmışdır.
  • İdarə edicilər və işçilər öz sahələrində mütəxəssisdirlər.