SOCAR neftini Rusiya ərazisindən nəql edəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Rusiyanın "Transneft" şirkəti arasında 2016-cı il üzrə Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə Rusiya ərazisindən nəqlinə dair razılığa gəlinib. Bu barədə SOCAR-dan bildirilib.

Şirkətdən bildirilib ki, müqavilə bir neçə günə imzalanacaq.

Qeyd edək ki, Azərbaycan nefti 1997-ci ildən Bakı-Novorossiysk boru kəməri vasitəsilə Rusiya ərazisindən keçməklə nəql olunur. Bu kəmərin ümumi uzunluğu 1 330 km-dir. 2015 -ci ildə Bakı-Novorossiysk boru kəməri ilə 1,2 mln. ton, 2014-cü ildə 1 mln. ton, 2013 -cü ildə 1,75 mln. ton neft nəql olunub. 2016-cı ildə isə Bakı-Novorossiysk kəməri ilə 1,5 mln. ton neft nəqli nəzərdə tutulur.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları