Sony şirkətindən bütün cihazları idarə edə biləcək universal pult gəlir

"House” yəni "ev” anlamına gələn Huis adlı qlobal idarə cihazını fərqləndirən xüsusiyyəti isə e-mürekkəb (e-ink) sensor ekranıdır. Bununla da pultun düymələrini istədiyiniz kimi özəlləşdirə bilərsiniz. Evdəki TV, səs sistemi, Blu-Ray, işıq, kondisioner və daha çox cihazı idarə edə bilərsiniz. Bu cihazda belə ekran istifadə edilməsinin səbəbi isə daha az enerji sərfiyyatına sahib olmaq və düymələrin həmişə görünməsinə nail olmaqdır. Məhsul hələki sadəcə Yaponiyada satışa çıxıb və 250 dollar qiymətə sahibdir.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları