Star Wars filmindən iş adamları üçün önəmli cümlələr

Star Wars ilk yayımlandığı zamanlarda bir qalaktik filim kimi təsirli olması həm də filmn ilham verici hekayədən bəhs etməsi baxımından uzun illərdir yaddaşlarda iz qoymuşdu. Elə bu səbəbdəndir ki, 4 may tarixində yeni seriyası ilə tamaşaçıları qarşısına çıxan film həmin bu günün Star Wars günü kimi qeyd edilməsinə səbəb ola bilmişdi.

Bu filmin də hekayəsi bir çox filimdə olduğu kimi mümkünsüzlüyü bacarmaq və bu yolda ortaya qoyulan mübarizədən bəhs edir. Amma, filmi digərlərindən fərqləndirən hekayənin ilham verici sözlərlə dəstəklənmiş olmasıdır. Biz də bu yazımızda Star Wars filminin hikmətli sözlərini toplayaraq açıqlamağa çalışdıq.

Başla ya da heç başlama. Sınamaq məqsədi ilə bir yola çıxma. - Filmin baş qəhrəmanı Yoda bir işə sınamaq adına çıxılmaması gərəkdiyini dilə gətirərək, bir işi bacarmaq üçün əsil mübarizənin lazım olduğunu bildirməyə çalışmışdır.

Parlaq canlılarıq biz. Sadəcə bir bədən deyilik. - Yoda bu sözləri ilə iki nəfərlik bir ordunun böyük bir dəstə qarşısında aciz olmasına baxmayaraq,  iki beyinin çox şeyi dəyişdirə biləcəyini açıqlamış. 

Gözlərinizə inanmayın, əmin olun. - Filmin digər qəhrəmanı olan Obi-Wan Kenobi bu sözlərlə gözlərimizin bəzən bizi aldadacağını, hər şeyin göründüyü kimi olmadığını çatdırmağa çalışmışdır.

Nəyə ehtiyac duyduğunuzu özünüz bilirsiniz. - Yoda- Zəif və güclü cəhətlərinizi müəyyən edin, bunları etiraf etmək uğur üçün sizə bəs edəcəkdir.

Ehtimallardan söz açmayın. –Han Solo- Böyük bir kosmik daş üzərinizə doğru gəlirsə, uğursuzluq ehtimalına yer verməyin. Bu ehtimal sizi fikrinizdən daşındıracaq.

Çoban və dağınıq saçlı, yarım ağıllı deyil. - Prenses Leia- İnsanlara xarici görünüşünə görə dəyər verməyin. O kiçik uşaq dünyanı dəyişə bilər.

Bir dəfə səhv yola üz tutduğunda, o sonsuza qədər səni idarə edəcəkdir. - Yoda- Sizin üçün dəyərli olan hədəfinizi müəyyən edin və heç bir zaman fikrinizdən daşınmayın. Amma, qanunsuzu etməkdən də çəkinin.

Gələcəyi görmək mümkünsüzdür. - Yoda- Gələcəklə bağlı ehtimallar irəli sürməyi unudun. İşinizi görün və ortaya nəticə çıxarın.

Ay bütöv şəkildə üzərimizdədir. Bir azdan gecə sona çatacaq. Hər şey hər zaman olduğu kimidir. - Yoda- Möcüzə gözləməyinizə ehtiyac yoxdur. Ən başından möcüzələrə ümid bəsləməyin. Hər kəs uğura gedən yolda müəyyən mərhələləri keçəcəkdir.

Qorxu əsəb. Əsəb nifrət. Nifrət uğursuzluq yaradar. - Yoda - Hər birimiz insanıq və duyğulara sahibik. Amma, işimizdə duyğulara nə qədər az yer versək uğur qazanmaq şansımız o qədər artacaq.

Bütün ağıl ustadları bizim səhvimizi bizdən fərqli şəklidə görməyi bacarırlar. - Padme Amidala – Bəzən səhvimizdən çıxardığımız nəticələr də səhv ola bilər. Elə bu səbəbdən də ustadlara ehtiyacımız vardır.