Suzuki etiraf edib

Suzuki, emissiya testi metodlarının Yaponiyadakı tənzimləmələrə uyğun olmadığını etiraf edib.

Yaponiyanın 4-ci böyük avtomobil istehsalçısı Suzuki Motor, hazırda Yaponiyada satmaqda olduğu 16 modeli üçün edilən emissiya sınaqlarında Yaponiya qanunlarının icazə vermdiyi müxtəlif metodlardan istifadə etdiyini açıqlayıb.

Açıqlamaya görə, 2010-ci ildən bu yana 2,1 milyon avtomobilin emissiya testində qanunsuz metoddan istifadə edilib.

Qeyd edək ki, bir sıra avtomobil şirkətləri gizli proqramlar ilə emissiya testlərində saxtakarlıq ediblər. Avtomobillərin atmosferə atdığı zərərli qazların miqdarı və yanacaq sərfiyyatı olduğundan aşağı göstərilib.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları