Tələbəlikdən gələcək iş həyatını qurmaq üçün 7 yol

Microsoft, Facebook, Dell kimi şirkətlərin ortaq xüsusiyyəti hər birinin böyük şirkətlər olmaları ilə bərabər, universitet tələbələri tərəfindən qurulmalarıdır.

Siz də öz işinizi quraraq bəzi xərclərinizi qarşılaya bilərsiniz. Bunlar universitet xərcləri, yemək xərcləri, bahalı kitablara xərclədiyiniz pullardan ibarət ola bilər. Bu yazı sizə  heç bir ofisə etiyac duymadan, böyük məbləğdə pullar xərcləmədən işinizi qurmağa kömək edecək.

Siz aşağıda göstərilən iş fəaliyyətləri ilə minimum xərclə öz işinizi qura biləcəksiniz.

İnformasiya Texnologiyaları

İnformasiya Texnologiyaları haqqında ən yeni məlumatlar əsasən, universitet tələbələri trəfindən daha yaxından izlənilir. Elə bu səbəbdən də siz, bu yeniliklərdən istifadə edərək öz işinizin təməllərini ata bilərsiniz. Bunun üçün ən yaxşı yol isə, bu sahədə yetərincə məlumatları olmayan və köməyə etiyacları olan yoldaşlarınıza kömək edərək özünüzü inkişaf etdirməyinizdir.

Sosial Media Fəaliyyəti

Universitet tələbələri xüsusi ilə sosial medianı yaxından izləyir və bu sahənin trendlərindən xəbərdar olurlar. Əgər siz də belə bir üstünlüyə sahibsəniz, bu üstünlüyünüzü yetərincə dəyərləndirməyə çalışaraq, böyük firmaları öz məlumatlarınızla bilgiləndirərək, məsləhətlər verməkdən çəkinməyin.

Qrafik dizayneri.

Əgər siz universitetdə xüsusi ilə, dizaynerlik bölümündə təhsil alırsınızsa, bu sahə ilə yaxından maraqlanmaq sizə minumum xərclə sevəcəyiniz işi qurma şansı verəcəkdir. Siz bunun üçün təhsilinizdən yararlanaraq, dərslərinizdə hazırlamış olduğunuz layihələrinizi, özünüzə məxsus blog ünvanlarınızda, sosial profillərinizdə yayımlayaraq sizi təmsil edəcək şəkildə ilk addımlarınızı ata bilərsiniz.

 Web Dizayner.

Günümüzdə insanlar və xüsusi ilə də, universitet tələbələri sosyal medialarla heç olmadığı qədər yaxından əlaqəlidirlər. Siz, internetdəki çox sayıda qaynaqlardan yararlanaraq ən sadə olsa belə, bir web dizayn ortaya çıxara bilər və bundan qazanc məqsədi ilə də istifadə edə bilərsiniz.

Fotoqrafçılıq.

Hal-hazırda facebook, pinterest, instagram kimi şəkil paylaşa biləcəyimiz şəbəkələr  peşəkar eyni zamanda qeyri-peşəkar fotoqrafçılığın xeyli populyarlaşmasına səbəb olmuşdur. Bunun nəticəsində artıq professional fotoqrafçılıqla bərabər, bu işi yalnızca həvəskar olaraq fəaliyyət göstərən qeyri-peşəkarlara da diqqət artmışdır. Siz də lentə almış olduğunuz şəkillərinizdən ən uğurlu olanlarını seçərək sizə gəlir gətirəcək fəailiyyətin ilk addımlarını ata bilərsiniz.

Təşkilatçılıq Fəaliyyətləri

Universitet illərində siz xeyli sayda toplantılara, gəzintilərə, konfranslara qatılmış ola bilərsiniz. Amma, bu toplantılara qatılmaqla, toplantıları idarə etmə arasında xeyli fərq vardır. Bu fəaliyyəti həyata keçirmək sizə, idarəçilik xüsusiyyətlərini qazandıracaq. Bu fəaliyyət eyni zamanda, sizə bu şəkildə toplantıları təşkil etmək istəyən təşkilatlar tərəfindən təkliflər gələcəkdir və siz ilk qazanclarınızı əldə edəcəksiniz.

Makiyaj

Statistik məlumatlara əsasən son 35 ildə, universitetlərdə təhsil alan qadın tələbə sayısı kişi tələbə sayısından daha çoxdur. Bu gerçək xüsusi ilə qadın tələbələr üçün yeni fürsətləri ortaya çıxarmaqdadır. Məsələn makiyaj işini daha yaxşı bacaran ya da marağı olan qadın tələbələr digər tələbələrə makiyaj xidmətləri verərək bundan gəlir əldə edə bilərlər. Eyni zamanda günümüzdə Youtube kimi əhəmiyyətli sosial media var. Siz bu sosial media ilə öz makiyaj dərslərinizi paylaşa bilərsiniz və qazanc əldə edə bilərsiniz.