Təqdimat edəcəksinizsə bunları bilməlisiniz

Hər şeydən əvvəl səliqəli və düzgün təqdimat hazırlamaq üçün insanları yaxşı tanımalısınız: onlar informasiyanı necə qəbul edir, necə eşidir, necə reaksiya verirlər. Elə təqdimat hazırlamalısınız ki, o məlumatlandırsın, ilhamlandırsın və motivasiya etsin. 

  1. İnsanlar informasiyanı ilk 20 dəqiqə ərzində yaxşı yadda saxlayırlar. Məsələn, TED-də bir çıxış məhz bu qədər müddəti əhatə edir. Təqdimatınız uzun da ola bilər. Lakin bu zaman onu hissələrə bölüb, hər 20 dəqiqədən bir fasilə verməlisiniz. Belə olduqda, insanlar daha diqqətli olacaq və informasiyanı uzun müddət yadda saxlayacaqlar.
  2. İki məlumat qəbuletmə kanalını unutmayın: gözlər və qulaqlar. Sizin slaydlarınız o dərəcədə sadə olmalıdır ki, onlara baxarkən danışdıqlarınızdan da diqqət yayınmasın. Slayd qəliz olduqda insanlar natiqi dinləmir və bütün diqqətlərini yazılanları oxumağa yönəldirlər.
  3. Dedikləriniz çatdırmaq istədiyiniz informasiyanın yalnız bir hissəsidir. İnsanlar 1 saniyə ərzində çıxış edən haqqında nəticəyə gəlirlər. Onlar şüuraltı olaraq sizin səsinizə, hərəkətinizə, geyiminizə və s.ə reaksiya verirlər. Paralinqvistika adlı ayrı bir elm sahəsi sözlərin xaricində olan informasiyanın insana təsirini araşdırır. Özünüzü kamera ilə çəkməyi və çıxışınızın ayrı-ayrı anlarını nəzərdən keçirməyi sınaqdan keçirir.
  4. Təqdimatınızı call-to-action-a çıxarın. Məsələn, öz layihənizə vəsait cəlb etmək istəyirsiniz. Lakin çıxışınızın sonunda investora ondan nə istədiyiniz barədə xəbər vermirsiniz.
  5. İnsanlar sizin emosiya və təəssüratlarınızı əks etdirirlər. Siz təbəssüm etdikdə onlar da bunun ardınca təbəssüm edir. Siz enerjili olduqda bu enerji onlara da keçir. Problem haqqında düşündükdə nə hiss etdiyinizi onlara göstərin. İnsanlar predmetə karşı emosiya və ehtirasınızı görmək istəyir.