Təqdimat zamanı natiqlik

Təqdimat zamanı əgər təqdimatınızı yüksək şəkildə həyata keçirməsəniz, dinləyicilərin sizin təqdimatınıza olan marağı azalacaqdır. Bu səbəbdən bütün söhbət boyu qulaq asanları maraqlandırmağa çalışmalısınız.

1. Söhbətə və ya təqdimata hazırlıq

Siz heç bir zaman bilmədiyiniz məhsul barəsində kiməsə nəsə inandırıcı bir şey danışa bilmərsiniz. Çıxışdan öncə danışacağınız mətnə yenidən baxın. Arqument və misalları yaxşıca öyrəndiyinizə əmin olun. Onlar söhbət zamanı ən güclü silahdır.

2. Təqdimat

Məhsulun təqdimatı vacibdir. Yalnız onunla qulaq asanları maraqlandıra bilərsiniz. Məhsulun təqdimatı və onu müşahidə edən çıxış maraqlandırıcı olmalıdır. Təqdimatda reklam rolikləri, audio yazılar, şəkillər olduqca vacibdir.

Leksikonunuzdan “hmm”, “aa-a”, “e-e” parazit sözləri yığışdırın. Onlar sizin çıxışınızı bərbad hala salır. Bunda əlavə olaraq çıxış zamanı insanlar yalnız sizin danışığınıza yox, həmçinin xarici görünüşünüzə, hərəkətlərinizə fikir verirlər.

3. Söhbət zamanı emosionallıq

Emosionallıq və qərarlılıq söhbət zamanı qulaq asanları cəlb edir. Bu səbəbdən hər bir çıxışınızda və ya söhbətdə siz müsbət emerji mənbəyi olmalısınız. Lakin çox dərinə getməyin, auditoriya yalanlara olduqca həssasdır.

Unutmayın: yaxşı orator eyni zamanda yaxşı qulaq asandır. Həmişə əks tərəfi sonadək dinləyin onun sözünü kəsməyin. Sizdən nə soruşulduğunu unutmayın, yaddaşınızdan şübhəniz varsa kitabça əldə edin.