Təzə balıq - Yapon fəlsəfəsi

Yaponlar təzə balığı həmişə çox seviblər. Lakin, Yapon sahillərində bol balıq tapmaq mümkün olmur. Tələbi ödəməyən balıqçılar, Yapon əhalisini doydurmaq üçün daha böyük gəmilər inşa etdirib, daha uzaqlara açılıblar.

Balıq üçün uzaqlara getdikcə, geri dönməsi də daha çox vaxt alıb. Belə olan halda uzun zaman olduğu üçün, saxlanılan balıqların da təravəti itib. Yaponlar təravəti itmiş balığın ləzzətini sevməyiblər.

Bunu həll etmək üçün balıqçılar katerlərinə soyuq hava anbarları quraşdırıblar. Beləliklə, istədikləri qədər uzağa gedib, tutduqları balıqları da soyuq hava bazasında dondurulmuş olaraq geri gətiriblər. Ancaq, Yapon xalqı təzə ilə donmuş balıq arasındakı ləzzət fərqini hiss ediblər və donmuş olanlara çox pul ödəmək istəməyiblər.

Balıqçılar bu dəfə, gəmilərinə balıq akvariumları tikdiriblər. Balıqlar içəridə bir az artıq qalacaqdılar, hətta, bir-birilərinə dəyə dəyə bir az da əsəbi və dəli kimi olacaqdılar, amma yenə də canlı qalacaqdılar.

Yapon xalqı, canlı olmasına baxmayaraq bu balıqların da ləzzət fərqini başa düşürdü. Hərəkətsiz, küt vəziyyətdə günlərlə yol gələn balığın, canlı, diri, hərəkətli təzə balığa görə ləzzəti yenə də başqa idi.

Balıqçılar necə etməlidirlər ki, Yaponiyaya təzə dadlı balıq gətirə bilsinlər? Siz olsaydız nə edərdiniz?

Məqsədlərinizə çatar çatmaz, məsələn mükəmməl həyat yoldaşı tapdınız və ya çox uğurlu bir firmaya girdiniz, borclarınızı qaytardınız s. ona qarşı həyəcanınız azalmazmı? Daha az işləməyəcəksinizmi? Lotoda əziyyət çəkmədən böyük pullar qazananlar pullarını boş yerlərə xərcləməzlərmi? Bunların olmaması üçün əsas bir şeyə ehtiyac var. Bi işə olan həyəcan heç bir zaman bitməsin.

1950-ci illərdə L.Ron Hubbartın müşahidə etdiyi kimi "İnsan ancaq həyəcan iddiası içində olarsa anormal nəticələr  göstərə bilər". Nə qədər ağıllı, mütəxəssis, inadkar olsanız da, problemlərlə məşğul olmaq sizi daima həyəcanlı saxlayacaqdır.

Yaponların təzə balıq məsələsində həll yolu buna bir nümunədir.

Problem sizi nə qədər zorlayırsa, siz onu addım-addım həll etməyə başlayırsınız. Bu sizdə davamlı həyəcan hissələrinin olmasını qoruyaraq saxlayır.

Yaponlar, balıqları yenə gəmilərindəki akvariumlarda saxladılar, ancaq içinə balaca bir də köpək balığı atdılar.

Balıqların bir hissəsi köpək balığı tərəfindən yeyilmiş olsa da geridə qalanlar son dərəcə hərəkətli və təzə idilər. Çünki balıqlar köpək balığına yeyilmək istəmirdilər və davamlı olaraq hərəkətdə idilər.

Buradan da görəcəyiniz kimi çətinliklərdən uzaqlaşmaqdansa içinə atılmaq, boğuşmaq və onları məğlub etmək lazımdır. Probleminiz böyük və müxtəlif sahələrdə olsa belə.

Ümidsiz olmayın əngəllərinizi tanıyın, aradan qaldırma yolları axtarın, qərarlı olun, daha çox məlumat və yardım dəstəyi ilə problemlərinizlə vuruşun. Beyninizə bir köpək balığı atın və nələrə nail olacağınızın şahidi olun.