Toys "R" Us iflasın bir addımlığında - 4,9 milyard borc

Dünyaca məşhur oyuncaq nəhəngi Toys "R" Us ABŞ-da iflasını təxirə salıb.
 
Şirkət daha öncə borclarının nəzərə alaraq, iflas riskinin yüksək olduğunu açıqlamışdı.
 
2005-ci ildə Toys "R" Us, Bain Capital, Kohlberg Kravis Roberts & Co. və Vornado Realty Trust-dan ibarət konsorsiuma 6,6 milyard dollara satılmışdı və iflası təxirə salmağın səbəbi də bu prosesdən qalan pulların olduğu qeyd olunur.
 
Oyuncaq nəhənginin 4,9 milyard dollar borcu var və 2018-də 400 milyon dollar, 2019-da 1,7 milyard dollar geri ödəməsi gözlənilir. Şirkət, uzun müddətdir 5 milyard dollar kredit almaq üçün banklarla danışıqlar aparır.
 
Dünya miqyasında 16 min mağazası və 64 min əməkdaşı olan Toys "R" Us rəsmi nümayəndələri, istehlakçıların sürətli formada internetdən oyuncaq aldığı bir dönəmdə , rəqəmsal marketinqinin istifadəsində geri qaldıqlarını qəbul ediblər.

Fortuneturkey.com


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları