22 yaşda milyonçu olmağımı təmin edən 5 qayda - Tucker Hughes

Bu məqaləmi 22 yaşında biri olaraq yazıram. Keçdiyimiz 12 ay müddətində, rəqiblərimin məndən 10 qat daha çox təcrübəyə sahib olmalarına baxmayaraq, mən ən rəqabətçi bu sektorda 1 milyon dolar gəlir əldə etməyi bacardım.

Mən sektorumda müəyyən təcrübələr qazandıqdan sonra, ailəmlə birlikdə işim üçün ən uyğun olduğunu düşündüyümüz yerə, Californiya, Orange Countryyə köçdük. Amma, işlər düşündüyüm qədər də asan olmadı və bəzi çətinliklərlə qarşılaşdım. Bir müddət mübarizədən sonra, uğurun davamı gəlməyə başladı. Bu mübarizəm nəticəsində, əldə etdiyim uğurlar mənə aşağıdakı bəzi şeyləri öyrətdi.

1. Yaşınızı Maneə Olaraq Görməyin.

İş həyatında təcrübə hər nə qədər önəmli olsa da, öz yaşınızı uğurunuza mane olacaq şəkildə bəhanə gətirməməyə çalışın. Əks təqdirdə uğursuz olmanız qaçınılmaz olacaqdır. Yəni, siz hər uğursuzluğunuzu yaşınızın  azlığı ya da təcrübəsizliyinizlə bağlamağa çalışsanız uğursuz olmaq üçün əlinizdən gələni etmiş sayıla bilərsiniz.

2. Özünüzü İnkişat Etdirin.

Gün boyunca ən az 30 dəqiqə kitab oxuyun və hətta avtomobilinizlə yol gedərkən işinizlə əlaqəli məlumatlar dinləyin. Yalnızca bir sahə üzrə deyil, incəsənətlə, idmanla maraqlanaran daha çox insan tanımağa çalışın.

3. Fikir Qarışıqlığından Uzaq Olmağa Çalışın.

Nəyinki yalnız işinizi bağlı hətta səbah səhər işə gedərkən nə yeyecəyinizi öncədən qərarlaşdırın. Gün boyu diqqətcil olmağa çalışın. Çünki, diqqət gün başından günün sonuna doğru azalmağa doğru gedir və siz onu diqqətli şəkildə istifadə etməyə adət etsəniz yararlı olacaqdır. Məsələn, iş saatınızın ilk yarısında planda olan ən asan işləri həll edərək digər işlərdə daha diqqətli olmaq üçün uzun zaman ayıra bilərsiniz.

4. Yüksən naliyyət göstərmək üçün iş saatlarında məhsuldar işləmək vacibdir.

Amma, istər-istəməz bir müddətdən sonra zehni yorğunluq məhsuldar işləməyimizə mənfi təsir etməyə başlayır. Elə bu səbəb sizi uzun illərdir masa arxasında əyləşib gecələri də işləyən rəqiblərinizə qarşı zəyif vəziyyətə gətirə bilər.

Diqqətinizi dağıdan, zehninizi yoran maneələri ortadan qaldırın, daha uzun və məhsuldar işləmək üçün yeni yollar arayın.

5. Özünüzə İnanın.

Hədəflərinizi onlara çata biləcək şəkildə yaradın və ilk başdan bacaracağınıza şübhə duymadan işinizin təməllərini atmağa davam edin.

Tucker Hughes’in entrepreneur.com üçün yazdığı blog yazısından istifadə edilmişdir.