Uğur ilə hədəf arasındakı fərq

Uğur sizcə nədir? Uğur bacarmaqdır, yoxsa hədəflərə çatmaq. ? Bu iki kəlimə arasında bəzən, biri-birindən ayrıla biləcək iki məna yatmaqdadır. Siz heç düşündünüzmü? Ofisinizdə oturub səliqəli üst başınıza baxarkən hansı hissləri keçirirsiniz? Uğura çatmağınızın fəxr dolu hislərini, yoxsa hədəfinə çatmamış amma, uğurlu olan birinin hislərini? Bəli, bəzən bizim hədəflərimizlə, mövcud zamanda uğurlu olduğumuz iş həyatımız tam fərqli ola bilir. Axı sən elə ilk məktəbə gedən gündən içində alışıb yanan bir sevdan üçün xəyal qururdun. Avtomobillərə marağın yüksək idi və böyüyüb yaxşı bir şirkətə işə düzələcək, avtomobillər dizayn edəcəkdin. Heç kimin xəyal edə bilməyəcəyi qədər mükəmməl avtomobil modelləri uzun illər sənin ilham qaynağın oldu. Çünki, bu sənin hədəfin idi. Amma, illər ötdü, sən də ətrafındakı dostların, Əli, Orxan, Tural kimi zəmanənin ən çox arzu edilən işində işləmək üçün yönləndirilidin. İllər boyu, Əlinin, Orxanın və digər dostlarının  uğurları sənin üçün ölçü meyyarı olaraq seçildi. Hər gün ən az bir dəfə sənə “Əli kimi savadlı ol”, “Tural kimi, ailənə diqqət göstərməyi bacar” dedilər. Beləcə məhşurlaşmış nəsihət dolu fikirlər sənin cəmiyyətdəki statusunu müəyyən edəcək qədər təsir edici ola bildi. Sən ətrafındakılar kimi yaxşı şagird oldun, universitet imtahanlarını öz sevimli vərdişlərini unudaraq əla səviyyədə verməyi bacardın və hərbi xidmətə yollandın, hal-hazırda isə, sən də onlar kimi, bir neçə şirkətə baş vurduqdan sonra nəhayət ki, iş həyatına başladın. Amma, nəticədə təmtəraqlı ofisin, səliqəli geyimin sənin uğurun adlana bilsə də, iş masasının üstündəki  suvenir əvəzi avtomobil oyuncağı isə, sözün hər iki mənasında sənin kiçilmiş hədəfinin bir parçasıdır.

Heç düşündünmü insanlar nə üçün həyatın hər mərhələsində kimlərisə ölçü meyyarı olaraq göstərirlər? Axı uğurla hədəf arasında bu qədər fərq yaratmaq nəyə gərəkdir? Əlbəttə gərəkli deyil. Biz öz hədəflərimizi uğurlarımızla təstiqləməyi bacarmalıyıq. Cəmiyyətin uğur tərəzisində yer alan dəyərlər ya da qonşu uşaqlarından birinin uğuru bizim üçün nəyə görə örnək nöqtəsi olmalıdır ki? Unutmamalısan ki, həfədlərinin cəmiyyət tərəfindən müəyyən edilməməsinə çalışaraq, özünün doğru bildiyi nöqtədə uğurlu olmağa çalışmalısan. Sən öz uğurlarını hədəfinə çatmağın nəticəsində qazanacağın təqdirdə işində uğurlu olacaqsan. Bax elə bunun nəticəsində uğurla hədəf arasında fərqin nə qədər kiçildiyini görəcək və bacarıqlı olacaqsan.  


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları