Uğura aparan böyük sual və kiçik sual

Uğura gedən yolda özünüzə bir böyük birdə kiçik sual verməlisiniz. Əvvəlcə böyük sualdan başlayaq.

Hər kəsin özünə verdiyi böyük sualı var. Bu  " Bir cümlə ilə bütünlüklə özümü,indiyə qədər etdiklərimi necə ən yaxşı şəkildə izah edə bilərəm?" sualıdır. Bu sualın cavabının effektivliyi, bunu eşidənlərdə yarattığı təsirdən aslıdır. Sizin sualın cavabı " Bu gün sevincli və sağlam 3 uşaq böyütdüm." də ola bilər. Və yaxud "İnsanların işini rahatlaşdıran bir cihaz icad etdim." də ola bilər. Və yaxud "Uşaqlara qarşılıqsız elm öyrətdim." yada "Şirkətlər qurdum, holdinqə sahib oldum və yaşadığım vətənimə,millətimə xeyirli işlər gördüm." də ola bilər. Bu sualın cavabı əlbətdəki zamanla gördüyünüz işlərlə birlikdə dəyişəcəkdir. Bu sualı özünüzə verin və cavabını dahada yaxşı etmək üçün qarşınıza məqsədlər qoyun.

 Böyük sual vacibdir ama tək başına uğura çatmağınıza bəs etməyəcəkdir. Buna görədə siz özünüzə kiçik sualı verməlisiniz. "Bu gün dünəndən daha yaxşı mı idim?" Hər gecə yatmamışdan qabağ "Daha çoxmu iş gördüm?",  "Daha yaxşımı etdim?", "Daha səlist danışmaq üçün yeni sözlərmi öyrəndim", "Sağlamlıq üçün dahamı çox idman etdim." və s. buna oxşar suallar istifadə edə bilərsiniz. " Bu gün dünəndən daha yaxşı mı idim?" sualına cavabınız hər gün daha yaxşıdırsa, bu o deməkdirki siz sürətlə uğura addımlayırsınız.