Uğura gedən 5 Addım

1. Narahatlıq Hiss Et

İlk öncə mövcud vəziyyətdən narahat olduğunu hiss et. Daha yaxşısını edə biləcəyinə əmin ol. Əgər sən yeni bir proyektin təməlini atmaq istəyirsənsə mütləq nəyinsə normal olmadığını gör. Əsas odur ki, özündəki fərqliliyin fərqinə vara biləsən. Bu proseslərin sonunda sən qərarını vemiş olacaqsan.

2. Ağıllı Risq Al

Hər bir başlanılan yeni proyektdə risq var. Risklərdən qorxma. Risq dedikdə burda nəzərdə tutulan sadecə işin maddi tərəfi deyil. Maddiyyatla bərabər hər bir işdə istər mənəvi, istərsədə zaman itkisi riski var. Bildiyiniz kimi bir iş adamı üçün zaman puldan daha dəyərlidir. Sadecə düzgün biçilmiş bir plan və taktikalarla dolu strategiya cızmaq lazımdır. Bu proyektini işi bilən bir neçə adamla məsləhətləş. Bu proseslərin sonunda artıq sənin əlində gözəl planlanmış proyekt var.

3. Proyekt Üçün Qrup Topla

Bu proyektdə səninlə eyni addımlaya biləcək, özünə və savadına güvəndiyin şəxsləri, bir qrup altında cəm et. Proyektin onlar üçün olan qismini çox aydın şəkildə onlara izah et. Qrupunun motivasiysını daima yüksək tutmağı bacar. Proyektini bölüşməkdə paxıllıq etsən ya çox uzun zaman itirmiş olacaqsan, yada o proyektin sonuna heç bir zaman çata bilməyəcəksən. Onun üçün qrupla hərəkət etmək vacibdir. Budur artıq sizin motivasiyası yüksək şəkildə olan bir iş qrupunuz var.

4. Hərəkətə Keç

Bu proyekti reallaşdırmaq üçün bir yerdən başlamalısan. Yaxşı olarkı plan üzrə hərəkət edəsən. İş qrupunun sənə verdiyi yüksək motivasiya ilə daim irəli addımla. Olmayacaq kəliməsini ağlından belə keçirmə. İlk dəfə yeriməyi öyrənəndə yıxılmamışdınmı? İndi isə nəinki yerimək sürətlə qaçmağı bacarırsan. Bu proseslərin sonunda sən artıq dayanmadan plan üzrə hərəkət edirsən.

5. Oyrən, Tətbiq Et və Müvəffəqiyyət Qazan

Bu günə kimi cızdığın strategiyalarını ortaya qoy və yoxla. Səhvlərivi gör və düzəlt. Davamlı olaraq yaxşılaşdırma apar. Bu beş mərhələnin sonunda sən artıq uğurlara çatmış olacaqsan.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları