Uğurlu biznesmen olmağın sirrləri

Ticari fəaliyyətlərini genişləndirən və biznes sahəsində cəhdlər edən adama biznesmen deyilir. Bir biznesmenin şirkəti, firması, bir və ya birdən çox idarəsi ola bilər. Uğurlu biznesmen bunları idarə edə bilməyi bacaran insandır. Müəssisənin uğuru nə qədər olursa olsun, bu uğurun arxasında mütləq bir uğurlu iş adamı vardır.

Təhsil alın.

Bir işi idarə etmənin təməl prinsiplərini bilməyimiz lazmdır. Satış, idarə etmə, biznes  əməliyyatları kimi iş prinsiplərini öyrənmənin bir çox yolu vardır.

  • Universitet - diplomun olması yaxşı bir başlanğıc etməyimizi təmin edər.
  • Ticarət məktəbləri: Bəlli bir ticarət növündə ixtisaslaşmaq, mütəxəssis olmaq istəyirsinizsə, işinizi sığortalamaq üçün ticarət haqqında mümkün olduğu qədər çox şey öyrənin.
  • Seminarlar: Biznesdə uğur əldə edənlərdən nəsə öyrənmək üçün seminarlara qatılın.

 

İnsanlar arasında əlaqələrinizi inkişaf etdirin.

İşinizlə əlaqəli insanlarla ünsiyyət qura bilmək bacarıqlarınız insanlarla necə münasibət qurmağınızla birbaşa bağlıdır. Bu bacarıqlara yiyələnmək sadəcə işçiləri idarə etmək üçün deyil,eyni zamanda müqavilə və sözləşmələrlə nəticələnən satışlar etmək, ictimaiyyətlə onlarda təsir qoyacaq şəkildə  ünsiyyət yaratmaq və digər sektorun professionalları ilə şəbəkələr yaratmaq üçün də ehtiyacınız olacaq. İnsanlarla asan ünsiyyət yaratmağı bacaran bir iş adamı olmaq üçün aşağıdakıları sınayın:

  • Aktiv dinləmək üsulu:  Bu, digər insanların söylədiklərini öz kəlmələrinizlə təkrar edərək təsdiqləməyiniz anlamındadır.
  • Digərlərinə qulaq asın: Fikrinizi digərlərinin duyğularını, kəlmələrini və vücud dilini anlamağa yönləndirin.
  • İnsanlarla əlaqə qurun: Uğurlu biznesmen digər insanların bir-birilə qurduqları əlaqələrinin mərkəzidir. İnsanlara ədalətli və bərabər şəkildə bir araya gələcəkləri bir tədbir düzənləyin və bir-birləriylə işləmələri üçün onları cəsarətləndirin.
  • Mübahisələri həll edərkən liderlik rolunu üzərinizə götürün. Münasibətləri tənzimləmək üçün vasitəçi olun.

Uğur əldə  etmək üçün coşquyla hərəkət edin!

Biznesmen olmağı istəmək yetməz. Uğur qazanmaq coşqusu rəqabətə baş vurmağınıza və başqalarından fərqlənməyinizə, irəli getməyinizə yardımçı olar.

İşçilərinizi diqqətli seçin!

İşçiləriniz dəstək şəbəkənizdir və idarənizin başarısında böyük rol oynayırlar. Sadəcə doğru yolda olanları və bacarıqlıları işə alın. Bir araya gəldiklərində bir-birləri ilə uyğunlaşa biləcəklərindən əmin olun.

Rahatlığınız üçün maliyyə durumunuzu yaxşı idarə edin!

Gözəl görünüşlü kostyum və böyük bir ofis olduqca çəkicidir, ancaq uğurlu biznesmen olmaq istəyirsinizsə, ilk işiniz biznesinizə sərmayə  qoymaq olmalıdır.

Bir məsləhətçi tapın!

Uğurlarını təqlid etməyə çalışdığınız və təqdir etdiyiniz bi biznesmenlə əlaqə yaratmağa çalışın. Bu məsləhətçini dostlarınız arasından və ya uğurlu və istiqamət vermələri üçün məsləhət ala biləcəyinizi düşündüyünüz iş yerlərini araşdıraraq tapa bilərsiniz.

Hesablanmış risklər edin.

Rəqiblərinizlə rəqabət apara bilmək və uğurlu biznesmen olmaq üçün bəzən risk etməyiniz və qəliblərin kənarına çıxmağımız lazım olur. Bu, kiçik uğursuzluqların qaçınılmazlığını qəbul etmək və bunları fürsət olaraq görməyi öyrənmək anlamına gəlir. Cəhdlərinizi diqqətli şəkildə planlayın və hesablanmış risklər atın. Ancaq ötəri uğursuzluqlara qarşı da hazırlıqlı olun.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları