Uğurlu insanların Ortaq Tərəfləri

Heç nə səhəri qarşılamaq qədər mühüm ola bilməz. 

Əlbəttə, hər birimizdə fors major halları olur, nə zaman ki, məcburən komputer qarşısında gecə yarısınadək oyaq qalırıq və ya ezamiyyətdən gec qayıdırıq. Amma bu hallar tez-tez baş vermir. Biz özümüz günhakarıq ki, axşam gec saatlaradək komputer qarşısında otururuq və ya televizor qarşısında yuxuya gedirik.

Bu templə biz uğurlu ola bilmərik. Demək olar ki, bütün həyatda uğura nail olan insanlar öz məqsədlərinə gedən yolda dayanmağı düşünməyən insanlar saat 8-dək  artıq bütün işlərini görmüş olurlar. Çox insanlar həmin vaxt zəngli saatla deyinə deyinə güclə yatağından qalxıb nifrət etdiyi işə hazır olmaq üçün  xeyli vaxt sərf edəcəyini düşünür. Bu isə onlara uğur qazanmağa mane olan amillərdəndir.

Necə erkən oyanmağı öyrənək?

Budur,uğurlu insanların adətləri:

  • Tvitteri yaradan Gek Gorsi 10 km-lik qaçış və meditasiya etmək üçün hər gün səhər saat 6-nın yarısı qalxır.
  • Apple şirkətinin rəhbəri Tim Kuk iş gününü planlaşdırmaq və işlərini səhmana salmaq üçün daha erkən – 5-in yarısı oyanır .
  • Virgin Group-un yaradıcısı Riçard Brenson saat 5:45-də oyanır və gecikdirmədən işə başlayır və sonra da işinin bir hissəsini tamamladıqdan sonra səhər yeməyini edir.

Bu siyahını uzatdıqca uzatmaq olar. Məqsəd onsuz da birdir: Əgər siz uğura can atırsınızsa, o zaman erkən qalxmaq üçün optimal zaman saat 6-dır.