Volkswagen və ABŞ razılaşıb

Volkswagen Qrupu (VW) və ABŞ, emissiya saxtakarlığı üzrə açılmış cinayət işi çərçivəsində "prinsipdə" razılaşıb.

San-Fransisko Federal Məhkəməsinin hakimi Çarlz Breyer bildirib ki, VW-nin planı əsasında, ABŞ-da olan təxminən 580 min dizel avtomobilin sahiblərinə vasitələrini şirkətə geri satmaq və ya pulsuz təmir variantları təqdim ediləcək.

Bundan başqa, sözügedən dizel avtomobillərinin sahiblərinə bir miqdar təzminat da ödəniləcək.

Analitiklər, avtomobil sahiblərinə ediləcək ödənişlər və təmir xərclərinin, qalmaqal səbəbilə çətin günlər keçirən Almaniyanın avtomobil istehsalçısına təxminən 6 milyard dollara başa gələ biləcəyini proqnozlaşdırır.

Yekun razılaşma üçün 21 İyuna qədər vaxt verilib.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları