"Walmart" erkən davrandı və "Amazon"un əlindən aldı

BŞ-ın "Walmart" şirkəti, internetdən pərakəndə satışların artmasından pay almaq üçün daha bir həmləsini edib. "Walmart", ABŞ-ın digər şirkəti "Amazon"un da almaq istədiyi Hindistanın "Flipkart" onlayn mağazasını 15 milyard dollara satın alıb. "Flipkart" Hindistanın ən böyük onlayn mağazasıdır.

"Flipkart", şirkətin 75%-lik hissəsinin, dünyanın ən böyük pərakəndə şirkəti "Walmart" şirkətinə satışının idarə heyəti tərəfindən təsdiq olunduğunu açıqlayıb.

"Amazon" ilə onlayn sahədə rəqabət aparmaqda çətinlik çəkən "Walmart", bir müddətdir ki, müxtəlif ölkələrdə internet yönümlü müəssisələrə investisiya yatırır.

Keçən il 500 milyard dollar dövriyyə edən "Walmart", istehlakçıların internetdən xərcləmə meyllərinin artması,  "Amazon" və "Alibaba"ya üz tutmaları səbəbindən mənfəət marjalarında problem yaşayır. "Walmart", ötən günlərdə İngiltərədə "Asda" və "Sainsbury"ni biləşdirərək bazar payını Tesco qarşısında  42%-ə çıxarmaq üçün əhəmiyyətli bir addım atmışdı


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları