"WizzAir" Budapeşt-Bakı aviareysindən 3 mln. avro gəlir götürmək niyyətindədir

Macarıstanın "WizzAir" lou-kost aviaşirkəti Budapeşt-Bakı reysi vasitəsi ilə ildə 30 min sərnişin daşımağı planlaşdırır.

Bu barədə jurnalistlərə açıqlamasında şirkət rəhbəri Yojef Varadi məlumat verib.

"Gələcəkdə, əgər tələbat artarsa, biz bu rəqəmləri yenidən nəzərdən keçirməyə hazırıq", - deyə Y.Varadi bildirib.

Şirkətin baş direktoru qeyd edib ki, aviaşirkət bu istiqamətdə 2,5-3 milyon dollar gəlir əldə etmək niyyətindədir.

Y.Varadi bildirib ki, Azərbaycan tərəfi ilə reysin həyata keçirilməsinə dair saziş 3 il müddətinə bağlanıb və bu müddət ərzində sazişdə dəyişikliklər olmayacaq:

"Lakin biz çalışacağıq bu müddəti uzadaq. Bundan əlavə, əgər biz öz mövqeyimizi möhkəmləndirəriksə, bölgə aeroportlarından da reyslərimizi həyata keçirə bilərik".


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları