Xərclərinizi idarə edərək gəlirinizi artıracaq 5 yol

Yatırım etmək hər zaman risklidir və bu risk şirkət imicinin korlanması kimi riskləri əhatə edir. Amma, bu risklər içində ən böyüyü və diqqət edilməsi vacib olanı maliyyə əsaslı risklərdir. Bir layihəni həyata keçirmək üçün çox hallarda sponsurlara ehtiyacınız var, lakin, sponsur tapmaq hər zaman mümkün deyildir. Bu baxımdan da, siz öz layihənizi gerçəkləşdirmək üçün bəzən kiçik büdcə ilə yola çıxmalı olacaqsınız. Elə bu səbəbdən də, maliyyə xərcləri sizin xüsusi ilə diqqət etməniz gərəkən qıt qaynağınız olacaqdır. Amma, maliyyə qaynaqlarıma qənaət edim, onu balanslı şəkildə xərcləyim deyərkən, bazara gecikmiş ola bilər və dolaysı ilə də hədəflərinizə çatmaqdan özünüzü məhrum edə bilərsiniz. Bu səbəbdən də, əgər maliyyə cəhətdən sıxıntınız varsa, onu ən uyğun yerə yönləndirməyi bacarmalısınız. Bəs bu yönlər hansılardır ?

 Stand Açın.

Stand bildiyimiz kimi, quruluşların özlərini irəli çəkməsi, varlığını göstərməsi üçün vacib fəaliyyətdir. Məsələn siz, əgər bir kitab nəşri ilə məşğul olan qurumsunuzsa, gələcək günlərdə təşkil edilən kitab sərgilərində mütləq stand açaraq yer almağa çalışın. Siz eyni zamanlarda, AVM-lərdə, insanların sıx ziyarət etdiyi məkanlarda öz imicinizi korlamayacaq şəkildə standlar açmalısınız.

İctimaiyyətlə Əlaqələrə  Büdcə Ayırmaqdan Çəkinməyin.

Dünyada qəbul edilmiş qısa adı ilə “PR” olan bu sektora diqqət, gün keçdikcə daha vacib hala gəlir. Siz “PR” fəaliyyətləri çərşivəsində şikət daxilində bu sektorla yaxından maraqlanacaq bir kolletkiv yaradaraq, medya ilə əlaqələinizi gücləndirərək bu önəmli fəaliyyətinizin ilk addımlarını ata bilərsiniz.

Mobil dəstəkli web saytınızı yaradın.

Günümüzdə ən kiçik qurumlardan ən böyüyünə qədər heç birini web aləmindən uzaq düşünmək mümkün deyildir. Amma, web saytlar şirkət üçün nə qədər vacib olsa da, bu saytları yaratmaqda başlıca məqsəd doğru potansiyal hədəfə çatmaqdır. Buna görə də diqqətli olun. Web saytınızı yaratmaq hələ işin başlanğıcıdır. Statistikaya görə, internet itifadəçilərinin 60%-i internetə mobil telefon üzərindən daxil olurlar. Siz də web saytınızı mobil dəstəkli etmək üçün tələsin.

İmicinizə Önəm verin.

Bu gün internetdən istifadə edənlərin sayısı gedərək artmaqdadır. Elə bu səbəbdən də, hər keçən gün e-ticarət daha da önəmli hala gəlir. Siz əgər internet üzərindən satış həyata keçirən bir quruluşsunuzsa, xüsusi ilə saytınızın ilk girişdə görünüşünə, logo və slagonuna önəm verməlisiniz. Əgər siz, fiziki olaraq məhsul satışı ilə məşğulsunuzsa və müşdərilərinizə məhsullarınızı üz-üzə danışaraq, görüşərək satırsınızsa, bu zaman məhsulunuzu qablaşdırdığınız paketinizin rəngi,rahatlığı kimi mövzularda xüsusi ilə diqqətli olmağa çalışın.

Merçandayzinq fəaliyyətinə önəm verin.

Siz bu yola baş vuraraq müşdərilərinizin yaddaşında xüsusi bir yer ala bilərsiniz. O qədər də yüksək büdcə istəməyən bu fəaliyyətlərlə siz quruluşunuzu çox sayda firmadan ayıracaq və alıcılarınızın da sizi seçmələrinə kömək etmiş olacaqsınız. Məsələn, restoran kimi fəaliyyət göstərən bir quruluşun müşdərilərinə xidmərt edərkən, yaşıl ya da digər öyrəşmədiyimiz rəngli boşqablardan istifadə etməsi restoranın müşdərinin zehnində iz qoymasına köməkçi olacaqdır. Amma, bu şəkildə seçimlərin mənfi izlər qoymamasına diqqət etmək də ilk planda olmalıdır.