Yaradıcılığı artırmaq üçün 10 yol

İş dünyasında bəzən yeni idealar ortaya qoya bilmək üçün zamanın çatmaması ola bilər. Bunun əsəs səbəbi işlərin çox olması və bu işlərin yorucu olmasıdır. Bəs necə edə bilərik ki, yaradıcılığımız artsın?

1. Günorta yeməyindən qabaq toplantı keçirtməyin

İnsanların ən yaradıcı olduğu saatlar 9 ilə günorta arasıdır. Bu dəyərli vaxtdan daha düzgün istifadə edin.

2. Yazın

Yazar olmağınız və yaxşı yazmağınıza ehtiyac yoxdur. Hisslərinizi və təcrübələrinizi yazın. Bu özünüzlə fərqli bir əlaqə qurmanız üçün vacibidr.

3. Bir kursa gedin

Daha əvvəl heç bilmədiyiniz bir sahədə təhsil almaq əyləncəli olar. Əsasəndə sizi daha da rahatladacaq bir sahəni seçin. Məsələn: Teatr, rəsm və s..

4. Yemək bişirin

Beyninizi işlərdən qırağa çəkərək yaradıcılığı artırmaq üçün yemək bişirmək yaxşı metoddur. Bir yemək resepti seçin və başlayın. Ortaya çıxacaq nəticə sizi, başqa yeməkləridə yoxlamaq üçün təşviq edəcək.

5. Səyahət edin

Fürsət tapdıqca səhayətlər edin. Əslində isə bunun üçün özünüz fürsət yaradın. Səyahət edərək yeni yerlər kəşf edin.

6. Daha tez yatın

Gecələr elə yatın ki səhər zəngli saatın səsinə deyil özünüz bütün yuxunuzu almış şəkildə yuxudan durasınız.

7. İdmanla məşğul olun

Bunun vacibliyini deməyə ehtiyac belə yoxdur. Enerjili bir bədən və beyin üçün mütləq şəkildə idman olmalıdır.

8. Könüllü işlərlə məşğul olun

İşiniz ilə bağlı olmayan bir sıra fəaliyyətlərlə məşğul olun. Bu fəaliyyətlər sayəsində həyatdakı dəyərlərin fərqinə varacaqsınız.

9. Kitab oxuyun

Onlayn və offlayn jurnallar oxumaq yaxşıdır ancaq, kitablarda daha çox zehninizi açacaq hekayələr var.

10. Qələm və kağız istifadə edin

Heç bir şey yazıb, pozub, qaralamaqdan daha yaxşı deyildir. İdea axtararkən komputerinizdən uzaqlaşmağınız vacibdir.