Yaşam Standartınız Daha Yüksək Olsun

Pul qazanmaq üçün ən dəyərli varlığınız pul pazanma istedadıdır. Hər gün bu istedadı düzgün şəkildə istifadə edərək, möhtəşəm qazanclar əldə edə bilərsiniz. Professional insanlar hər zaman minimum vaxtla qazanclarını maksimuma çatdırmağı düşünərlər. Pul qazanma istedadınızı artırmaq üçün ətrafınızda minlərlə metod və yollar vardır. Bunları heç vaxt gözdən kənarda tutmayın.

Pul qazanma istedadınızı daima inkişaf etdirərək, daima yeniliklərə yönəlin və kariyeranızı və yaxud şəxsi biznesinizi dahada mükəmməlləşdirin. Bunu edərək çox qısa zamanda öz hədəfinizə çata bilərsiniz. Hətta hədəfinizidə aşa bilərsiniz. Professionallar vaxtlarını satışa qoyarlar. Əgər siz indiyə qədər vaxtınızı düzgün satmadığınızı düşünürsünüzsə onda heç gecikmədən vaxtınızı daha səmərəli istifadə edin və daha dəyərli yatırımlar edin. Bu gündən mütəxəssis olmağa qərar verin. Başqa heç bir yolla siz daha yuxarı standartlarda yaşam əldə edə bilmərsiniz.

Zamandan daha dəyərli istifadə etmənin ən səmərəli yolu, zamanınızı vacibliyi yüksək olan işlərə görə ayırın. Daha vacib işlər daha öndə olsun. Ancaq hər şeydən əvvəl fikirləşmək, planlamaq və qərarlar vermək lazımdır.Bu strategiyanın özünü yaxşı göstərməsi üçün fikirləşmə, planlama və qərar vermə zamanı özünüzə suallar verin və nəyə görə ilk edəcəyiniz iş digərlərindən üstündür sualını cavablandırın. 

            Son olaraq yənədə bildirmək istəyirəm ki, siz zamanınızı planlamasanız, düzgün istifadə etməsəniz, düzgün yatırımlar etməsəniz heç bir zaman hədəflərinizə çata bilmərsiniz və yaxud hədəfinizə istədiyiniz zamanda çata bilmərsiniz.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları