Yatırım zamanı diqqət edilməli 3 qayda

İş həyatı  da insan ömrü kimidir. İməkləməmiş yerimək mümkün deyildir. Elə bu səbəbdən də marketinq sektorunda yeni olan yatırım sahibləri təcrübəsizliklərindən dolayı ilk başlarda bir sıra çətinliklərlə qarşılaşırlar. Heç kimə sirr deyil ki, ilk başlarda yeni yaradılan hər hansı bir məhsul, marka ya da xidmətin marketinq fəaliyyəti nəticəsində ayrılan büdcənin müsbət təsirləri istənilən nəticəni ortaya qoymur. Bu və eyni zamanda bir sahibkar olaraq bazara yeni girmiş olmağın vermiş olduğu təcrübəsizlik sizi ilk başda çətinliklərə və bəlkə də ruh düşkünlüklərinə salacaqdır. Bu çətinliklərdən ərsəyə gələn səhvlər və onlardan yaxa qurtarmaq üçün baş vurulacaq yollar 3 bənd şəklində aşağıdakı kimi ələ alınmışdır.

Müştərilərinizi İtirməmək Adına Təkrarçılıqdan Uzaq Durun.

Günümüzdə firmalar müştərilərinə özlərini tanıtmaq ya da xatırlatmaq üçün xeyli reklam büdcəsi ayırdıqları şübhəsizdir. Bəzən isə, firmalar daha az büdcə xərcləri ilə özlərini reklam etməyə çalışırlar. Bu reklam şəkilləri içində ən geniş istifadə edilən və ilk ağla gələni mailing və telefonla əlaqədir. Amma, bu əlaqə şəkillərində sıxlıqla rastlanan şeylərdən biri rəd cavabının alınmasıdır. Bəzi müştərilər sizin onu telefonla məlumatlandırmağınızı diqqətcillik kimi dəyərləndirərək xoş münasibət göstərirkən, həmin gün işləri heç qaydasında getməyən digər bir müştəriniz sizi telefon arxasında acılaya bilər. Burada diqqət edilməsi lazım olan isə, ruhdan düşməmək və eyni zamanda ardıcıl maillərlə, telefon zəngləri ilə müştərilərinizi təngə gətirməməkdir. Çünki, bir reklamı bir neçə dəfə görən insanlar o reklamdan sıxılmağa başlaya bilər. Buna görə də edilməsi gərəkən əsas şey düzgün bir analizlə reklamınızın kimlərə və hansı aralıqlarla göndərildiyinə xüsusi diqqət yetirərək onların reklamlarınıza qarşı münasibətlərinə fikir verin.

Gözləyərək Zaman İtirməyin.

Bəzən qurumlar bir potansiyal müştəri qurupuna hər hansı bir məhsulu satmağı planlayır, amma,  o məhsulu bazara çıxarmazdan əvvəl özünü qarantiləmək adına izləyici sayısını artırmaq üçün fəaliyyətə keçir. Bu firmalar üçün zaman itirməkdən başqa bir şey deyildir. Yəni, bazara çaxarmağı düşündüyünüz məhsulunuz hazır olduğu andan, sizin başlıca vəzifəniz o məhsulu müştərinizlə tanış etməkdir. Əlinizdə məhsulunuz olduğu halda heç bir potansiyal müştərinizi qaçırmamağa çalışın.

Anadangəlmə Marketinq Mütəxəssisi Olmadığınız Üçün Dərd Etməyin.

Sosial medialarda, marketinq ya da yeniliklərlə əlaqəli xəbərləri əhatə edən jurnallarda tez-tez yer alan məqalələrin başında bir şirkəti uğura aparan şəxsin həyatında, düzgün qərarlarından və doğru insiyativinə söykənən risklərindən bəhs edildiyini yəqin ki, siz də görmüsünüz. Amma, onların hər addımındakı uğur sizi əsla ruh düşkünlüyünə salmamalıdır. Sizin bu sahədə özünüzə məxsus qabiliyyətləriniz olmaya bilər. Bacarıqlı və qərarlarında uğurlu olan yatırımcılar sözsüz ki, özünü göstərəcəkdir. Amma, siz bu xüsusiyyətlərə sahib olmadığınız üçün ürəyinizi sıxmamalısınız. Məhslunuza inandıqdan və inandığınız qədər qarşı tərəfi inandırmağı bacardıqdan sonra siz də uğur qazanacaqsınız.