İntelektin 7 müxtəlif növü

“Adətən, insanlar əqli imkanların çatışmamazlığı ucbatından deyil, uduzmaq qorxusundan uğursuzluğa düçar olurlar”

1980-cı illərin əvvəllərində Hovard Hardner "Ağlın çərçivələri" kitabnı yazdı. О öz kitabında istedadın, ya da intellektin yeddi müxtəlif növünü müəyyənləşdirib. Onları aşağıdakılardır.

1. Verbal-linqvistik. Müasir zəmanəmizdə o, maarifləndirmə sistemimizdə İG-nin ölçülməsi üçün istifadə olunur. Onun məğzi sözləri oxumaq və yazmaq bacarığıdır. Bu çox mühüm bacarıqdır, çünki insanlar, əsasən məhz bu üsulla məlumat yığır və onunla paylaşır. Bu istedad, adətən, jurnalistlərə, yazıçılara, hüquqşünaslara və müəllimlərə şamil edilir.

2.Rəqəmli. Rəqəmlə ölçülən məlumatlara aiddir. Təbii ki, bu istedad riyaziyyatçılar üçün səciyyəvidir. Yüksəkixtisaslı mühəndis eyni zamanda verbal-linqvistik və rəqəmli istedada malik olmalıdır.

3. Məkanlı. O, bir çox yaradıcı adam üçün səciyyəvidir - rəssamlar və dizaynerlərə aiddir. İstedadın bu üç tipi arxitektorlar üçün zəruridir, çünki bu sənət sözdən, rəqəmdən və yaradıcı vərdişlərdən istifadəni tələb edir.

4. Fiziki. Bu istedad dahi idmançılara və rəqqaslara xasdır. Bundan başqa, çoxlu sayda adam var ki, məktəbdə uğurundan söz belə gedə bilməz, əvəzində əla fiziki hazırlıqları var. Hərəkət vasitəsilə daha asan qavrayan belə adamların tədrisi "praktik" adlanır. Bu cür insanlar daha çox mexanika, ya da inşaat peşələrinə meyillənir. Onların əmək, ya da ev təsərrüfatı xoşlarına gələ bilər. Başqa sözlə desək, onların istedadı əşyaların müşahidəsində, onların hazırlanması və istifadəsində ifadə olunur. Yarış maşını düzəldən adam yuxarıda sadalanan bütün istedad növlərinə sahib olmalıdır.

5. Şəxsiyyətli. Onu tez-tez "emosional" adlandırırlar. Adətən, insanlar əqli imkanların çatışmamazlığı ucbatından deyil, uduzmaq qorxusundan uğursuzluğa düçar olurlar. Məsələn, mən əla təhsilli bir çox adam tanıyıram ki, səhv eləmək, ya da uğursuzluğa düçar olmaq qorxusundan özlərinə məhdudiyyət qoyurlar. Öz həyatında qəti dəyişikliklər etməyə hazır olanlara Deniel Qoulmanm "Emosional intellekt" kitabını oxumağı məsləhət görülür. Orada müəllif XVI əsr humanisti Erazm Rotterdamskidən sitat gətirərək deyir ki, emosional təfəkkür rasional təfəkkürü 24 dəfə üstələyir. Başqa sözlə desək, nisbət bu cürdür:

24:1 = beynin emosional hissəsi: beynin rasional hissəsi.

Tamamilə əminəm ki, çoxumuzun beynindəki emosional hissə rasional hissəni üstələyir, əsasəndə məntiqə arxalanmaq əvəzinə qorxduqda, ya da zənnimcə, deyilməsi lazım olmayanları söyləyəndə.

Qoulmanla о barədə razıyam ki, şəxsiyyətli intellekt - mövcud növlərin ən əsasıdır. Ona görə belə deyirəm ki, о bizim özümüzə söylədiklərimizə görə məsuliyyət daşıyır. Bu mənim özümə, sizin özünüzə söylədiyinizdi.

6. Şəxsiyyətlərarası. Onu digərlərilə rahat danışa bilən adamlarda tapmaq olar. Bu cür bacarığı olan adamlar xarizmatik kommunikator (ünsiyyət üzrə mütəxəssis), dahi müğənni, moizəçi, siyasətçi, aktyor, ticarətçi və natiq olurlar.

7. Ətraf mühit. Bəzilərinin ağaclarla, bitkilərlə, balıqlarla, okeanla, heyvanlarla və torpaqla işləyə bilmək bacarığı var. Bu istedad dahi əkinçilərə, heyvan təlimçilərinə, okeanoqraflara və ovçulara xasdır.

Bu növ istedadlar arasında fərqlər ayırd ediləndən sonra alimlər daha otuz növ intelekt aşkarlayıblar.